Türkiyəni terrora təslim etməyəcəyik

Bunu Türkiyə baş naziri Binəli Yıldırım Ərzincandakı çıxışında bəyan etdi.

840505
Türkiyəni terrora təslim etməyəcəyik

 Türkiyə baş naziri Binəli Yıldırım Ərzincanda çıxış edərək: "Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY,) PKK, DEAŞ, DHKP-C, PYD, YPG. Adları nə olursa olsun, hamısının hesabını verəcəyik. Türkiyəni terrora təslim etməyəcəyik" dedi.
 
 Baş nazirin gündəmində texnologiya və  müdafiə sənayesi sahələrindəki müsbət irəliləyişlər də vardı.
 
Yıldırım:"Artıq Türkiyə öz avtomobilini istehsal edəcək. Yerli avtomobil Türk mühəndisinin, fəhləsinin, texniki işçisinin ağıl və alın tərinin məhsulu olacaq. Ədalət və İnkişaf Partiyası 15 il ərzində 20 min kilometr uzunluğunda yollar saldı. Yerli avtomobillərimiz  yaxın zamanda bu gözəl yollarda şütüyəcəklər" deyə danışdı. 



Әlaqәli Xәbәrlәr