İraq Kərkük-Ceyhan neft  kəmərinin bərpasına əhəmiyyət verir

İraq neft naziri Cabbar Luaybi Kərkük-Ceyhan neft  kəmərinin sürətlə bərpasına əhəmiyyət verdiklərini, neft ixracına görə məsul olan yeganə qurumun dövlətə məxsus İraq Neft Marketinq Şirkəti (SOMO) olduğunu bildirdi.

840513
İraq Kərkük-Ceyhan neft  kəmərinin bərpasına əhəmiyyət verir

İraq neft naziri Cabbar Luaybi Türkiyənin Bağdad səfiri Fatih Yıldız ilə görüşüb.

Bu barədə İraq Neft Nazirliyinin məlumatında bildirilir.
 
 Luaybi görüşdə  Kərkük-Ceyhan neft  kəmərinin sürətlə bərpasına əhəmiyyət verdiklərini, neft ixracına görə məsul olan yeganə qurumun dövlətə məxsus İraq Neft Marketinq Şirkəti (SOMO) olduğunu bildirib.

Nazir Kərkük-Ceyhan neft kəmərinin təmiri və neft ixracının yenidən başlaması üçün aparılan texniki heyət işlərinin və sahə kəşfiyyatının yaxın zamanda sona çatacağını qeyd edib.
 
 Nazirliyin məlumatında İraq ilə Türkiyə arasında məsələ ilə bağlı danışıqların davam etdirildiyi qeyd edilir, Luaybinin Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrağa Türkiyə hökumətinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, xüsusilə, neft və enerji sahəsindəki əməkdaşlığın genişləndirilməsi işinə verdiyi əhəmiyyətə görə təşəkkür etdiyi bildirilir.
 
  İraq naziri ölkədəki emal zavodlarının inkişaf etdirilməsi, investisiya və infrastruktur işlərində Türkiyə şirkətlərinin geniş iştirakını arzuladıqlarını dilə gətirib.
 
 Türkiyənin Bağdad səfiri Fatih Yıldız da neft və qaz sahəsində İraq ilə əməkdaşlığa toxunaraq, Kərkükdən Ceyhan Limanına neft ixracının yenidən başlanmasına əhəmiyyət verdiklərini qeyd edib.



Әlaqәli Xәbәrlәr