Almaniyada Türk cəmiyyətinin problemləri müzakirə olundu

Almaniyadakı Türk cəmiyyətini yaxından maraqlandıran məsələlər paytaxt Berlində keçirilən seminarda müzakirə olundu.

840606
Almaniyada Türk cəmiyyətinin problemləri müzakirə olundu

Almaniyadakı Türk cəmiyyətini yaxından maraqlandıran məsələlər paytaxt Berlində keçirilən seminarda müzakirə olundu.
 
Türkiyənin Berlin Baş Konsulluğunun təşkil etdiyi seminadra qeyri-hökumət təşkilatları, peşə- ixtisas qruplarının nümayəndələri, tələbələr və valideynlər iştirak etdilər.

Seminarda bəzi bələdiyyələrin Türk dili dərslərinin keçirilməsinə mane olmasından danışıldı. 
  
Türk dili dərsləri 40 ildir ki, Berlində pulsuz olaraq keçirilirdi.
 
Lakin Türkiyə ilə Almaniya arasında artan gərginlikdən sonra 17 məktəbdə 571 şagird Türk dili dərsindən məhrum oldu.
 
 Türkiyənin Berlin Baş Konsulu Mustafa Çelik  ana dilində təhsil almanın  konstitusiya  haqqı olduğunu xatırladaraq: "Ana dilində təhsil almağa maneçilik törədilməsinin qarşısı təcili olaraq alınmalıdır"dedi.

Seminarda çıxış edən iştirakçılar ən çox təhsil və işsizlik mövzusundakı narahatlıqlarını dilə gətirdilər.
 
 Seminar çərçivəsində təhsil, sosial fəaliyyət və iqtisadiyyat sahələrinə aid işçi qruplar yaradıldı.
 
 Qrupların vəzifəsi ortaq problemlərlə əlaqədar həll yollarını təklif etməkdir.



Әlaqәli Xәbәrlәr