Rəcəb Tayyib Ərdoğanın Bakı görüşləri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Bakı-Tiflis-Qars dəmiryolu xəttinin Çinin paytaxtı Pekin ilə İngiltərənin paytaxtı Londonu bir-birinə bağladığını qeyd etdi.

837869
Rəcəb Tayyib Ərdoğanın Bakı görüşləri

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin ikinci günündə Azərbaycan prezidenti İlham Əliyevlə Zaqulba iqamətgahında gerçəkləşən rəsmi mərasimdən sonra təkbətək görüşdü.

Görüşdə ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının əlaqələrin perspektivlərinin müəyyənləşdirilməsi və ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi baxımından önəmi vurğulandı. Qlobal layihə olan Bakı-Tiflis-Qars dəmir yolunun açılışının əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Sonra Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edərək, orada çıxış etdi.

Türkiyə prezidenti çıxışına Azərbaycana gəldikləri andan etibarən göstərilən qonaqpərvərliyə görə özünün və nümayəndə heyətinin adından təşəkkür edərək başladı.
 
 Dünən və bu gün keçirilmiş görüşlər Türkiyə və Azərbaycan arasındakı qardaşlığın və dostluğun nə qədər yüksək bir səviyyəyə çıxdığını həyəcanla müşahidə etdiklərini bildirən Ərdoğan:"Bakı-Tiflis-Qars dəmiryol xəttinin açılışı qürurverici hadisədir. Artıq xalqlarımızın tək Qarsdan Bakıya deyil, Pekinə və Londona qədər getdiyi günləri görərik"dedi.
 
 Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncıiclası mətbuata qapalı şəkildə keçirildi
 
 İclasda Türkiyə  xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybəkci, Enerji və Təbii Ehtiyatlar naziri Berat Albayrak, milli təhsil naziri İsmət Yılmaz, milli müdafiə naziri Nurəddin Canikli, nəqliyyat nənizçilik və kommunikasiya naziri Əhməd Arslan, MİT rəhbəri Hakan Fidan və Prezident Aparatının sözçüsü İbrahim Kalın da iştirak etdilər.
 
 

 



Әlaqәli Xәbәrlәr