ABŞ-da Türkiyənin Cümhuriyyət bayramı qeyd olunub

Türkiyə Cümhuriyyətinin yaradılmasının 94-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Vaşinqtondakı sәfirliyi tәrәfindәn rəsmi qəbul təşkil edilib.

835999
ABŞ-da Türkiyənin Cümhuriyyət bayramı qeyd olunub

Türkiyə Cümhuriyyətinin yaradılmasının 94-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Vaşinqtondakı sәfirliyi tәrәfindәn rəsmi qəbul təşkil edilib.

Qәbulda Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin yaradılmasının 94-cü ildönümü münasibətilə yazdığı təbrik  mәktubu Türkiyәnin Vaşinktondakı sәfiri Sәrdar Kılıç tәrәfindәn oxunub.

Mәktubda bu ifadәlәrә yer verilib: ‘‘ Türk millәti 1923-cü ilin 29 oktyabr tarixindә bir daha bütün dünyaya iradәsinin әsla sınmayacağını canı bahasına sübut etdi. İstiqlal Mübarizәmizi qәlәbәyә daşıyan vә Respublikamıza hәyat verәn ruh 94 il әvvәl olduğu kimi bu gün dә dimdik ayaqdadır.''

Qәbulda hәmçinin ABŞ prezidenti Donald Trampın  tәbrik mәktubu da oxunub.

ABŞ prezidenti mәktubda bunları qeyd edib: ‘‘Türkiyə Cümhuriyyətinin yaradılmasının  94-ci ildönümü münasibәtilә  Amerika xalqı adından Türk xalqına ən xoş arzularımı çatdırmaq istəyirəm. ABŞ  Türkiyənin demokratik təşkilatlarına olan sarsılmaz dəstəyini, vә 15 iyulda hәyata keçirilәn uğursuz çevriliş cәhdini pislәdiyini bir daha  vurğulayır.''



Әlaqәli Xәbәrlәr