"Türkiyəyə qarşı həqiqətən səmimidirlərsə..." İ.Kalın

Türkiyə Dövlət Aparatı sözçüsü İbrahim Kalın 15 İyul 2016-cı il çevriliş cəhdindən sonra xaricə qaçan Fətullahçı Terror Təşkilatı (FETÖ) üzvlərini saxlayan ölkələri səmimiyyətə çağırıb.

834928
"Türkiyəyə qarşı həqiqətən səmimidirlərsə..." İ.Kalın

   Türkiyənin Kocaeli şəhərində keçirilən Beynəlxalq 15 İyul və Çevriliş Cəhdi toplantısında çıxış edən İbrahim Kalın deyib:

  "Türkiyədə demokratiyaya yaxın olduğunu iddia edən ölkələr əgər səmimidirsə, FETÖ qaçqınlarını geri qaytararlar.

  Biz hüquqdan kənar deyil, günühkarların qaytarılmasıyla bağlı anlaşmaya əsasən bu tələbi edirik.

  Çevriliş cəhdindən sonra hələ bu proses davam edir. Demokratiyanın tərəfində və qiyamın isə qarşısında olduğunu söyləyən ölkələr bu sözlərində səmimidirdə, ilk görəcəkləri ölkələrində olan FETÖ-çüləri geri qaytarmaqdır.

  FETÖ-çülərə ev sahibliyi edən ölkələr demokratiya imtahanından keçir. Qarşılarında sadə və ciddi imtahan var. Türkiyə Respublikasında haqqlarında məhkəmə qərarı çıxarılmış, həbs olunmalı adamların kimlər olduğunu biz də bilirik, onlar da. Əgər həqiqətən Türkiyə demokratiyası tərəfdarıdırlarsa, ekstradisiya müqaviləsi çərçivəsində onları ölkəmizə qaytararlar.

  Avropa ölkələri hələ də terror təşkilatı PKK-çılarını belə qoruyur. Türkiyə bunu dəfələrlə dilə gətirib. Etirazlarımızı ciddi qəbul edərək addım atmalıdırlar.”



Әlaqәli Xәbәrlәr