Özbəkistan prezidenti Türkiyədə rəsmi səfərdədir

Bu, 20 ildən sonra Özbəkistan prezidenti səviyyəsində ilk səfərdir.

834367
Özbəkistan prezidenti Türkiyədə rəsmi səfərdədir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəyə gələn Özbəkistan prezidenti Şövkət Mirziyoyevi rəsmi mərasimlə qarşıladı.

Qarşılama mərasimində Türkiyə baş nazirinin müavini Hakan Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybəkçi, milli müdafiə naziri Nurəddin Canikli, mədəniyyət və turizm naziri Numan Kurtulmuş, Prezident Aparatının baş katibi Fahri Kasırqa, Prezident Aparatının sözçüsü İbrahim Kalın və Ankara valisi Ercan Topaca da iştirak etdilər.

Özbəkistan prezidentinin səfəri çərçivəsində təkbətək və heyətlərarası görüşlər oldu. Daha sonra Ərdoğan və Mirziyoyev birgə mətbuat konfransı keçirdilər.

Türkiyə prezidenti qonağının şərəfinə ziyafət verdi.

Bu, 20 ildən sonra Özbəkistan prezidenti səviyyəsində ilk səfərdir.

 

 

 

 



Әlaqәli Xәbәrlәr