"İslam dininin terror təşkilatları ilə paralel çəkilməsi yanlış yanaşmadır", H.Akar

Türkiyə Ordusu Baş Qərargah rəisi Hulusi Akar ABŞ-da İslamın adının terror təşkilatlarıyla birlikdə çəkilməsinə etiraz bildirərək bunun yanlış yanaşma olduğunu söyləyib.

834514
"İslam dininin terror təşkilatları ilə paralel çəkilməsi yanlış yanaşmadır", H.Akar

  ABŞ-da təşkil edilən, 73 ölkənin ordu başçıları, NATO və Avropa İttifaqı nümayəndələrinin iştirak etdiyi "Şiddəti Həddini Aşan Terror Təşkilatlarıyla Mübarizə Aparan Baş Qərargah Rəisləri Konfransı olub.

  Virciniya ştatındakı Amerika hərbi bazası “Fort Belvoir”də təşkil edilən ordu başçıları konfransında müzakirə olunan mövzulardan biri də “İslam” adı ilə “terror” adının yanaşı çəkilməməsi fikri idi.

   Bu barədə general H.Akar çıxışında deyib: “Türkiyə bölgə təhlükəsizliyini qoruyur. İslam dininin terror təşkilatları ilə paralel çəkilməsi yanlış yanaşmadır, buna qarşı birgə səy göstərilməlidir.”



Әlaqәli Xәbәrlәr