Türkiyədə hər ev məcburi zəlzələ sığortası etdirməlidir

Türkiyə ərazisinin 66 faizi birinci və ikinci dərəcəli zəlzələ qurşağında yerləşir. Ölkə əhalisinin də 70 faizi bu ərazilərdə yaşayır.

831848
Türkiyədə hər ev məcburi zəlzələ sığortası etdirməlidir

  Türkiyə Baş nazirinin iqtisadiyyat üzrə müavini Mehmet Şimşek ölkədə 2000-2017-ci illər ərzində nizamlı və məcburi zəlzələ sığortası edənlərin nisbətinin 2 faiz olduğunu bildirib:

  “Bu, çox aşağı rəqəmdir. Daim nizamlı zəlzələ sığortası edilməlidir. Bu məqsədlə ölkədə Xəzinə Müşavirliyi növbəti ciddi fəaliyyətə başlayır.

  Zəlzələ ölkə iqtisadiyyatını sarsıdan, Türkiyədə də tez-tez rast gəlinən təbii fəlakət növüdür.

  Türkiyədə çox can və mal itkisinə səbəb olan 1999 Mərmərə Zəlzələsindən sonra Fövqəladə Nazirlik dəyən ziyanı minimuma endirmək üçün məcburi zəlzələ sığortası verən Təbii Fəlakət Sığortaları Qurumunu (DASK) yaratdı. Qurum 2000-ci ildən bəri fəaliyyətdədir.

  DASK tərəfindən aparılan işlər sayəsində bu il məcburi zəlzələ sığortası edənlər 8 milyonu, sığortalılıq nisbəti isə 46 faiz səviyyəsində müəyyən olunub. Yəni Türkiyədə təxminən hər iki evdən birinin sığortalıdır.

  2000-ci ildən bu günədək baş verən kiçikli-böyüklü 558 zəlzələ nəticəsində açılan 23 min 19 ədəd zədə üçün 176 milyon lira təzminat ödənilib. Qurumun zəlzələ zərərlərinə qarşı ödəmə məbləği 15 milyard liranı keçib.

  Türkiyə ərazisinin 66 faizi birinci və ikinci dərəcəli zəlzələ qurşağında yerləşir. Ölkə əhalisinin də 70 faizi bu ərazilərdə yaşayır. Bunu düşündüyümüz zaman zəlzələyə qarşı daha hazırlıqlı olmağın və məcburi zəlzələ sığortasının genişləndirməyin böyük əhəmiyyət daşıdığını anlamalıyıq”.



Әlaqәli Xәbәrlәr