"Terrorçu başının şəklinin nümayiş olunması müttəfiqliyinə zərər yetirir", B.Yıldırım

Türkiyənin Baş naziri Binəli Yıldırım Suriyanın Rakka şəhərində separatçı terror təşkilatı PKK başçısı Abdullah Öcalanın plakatlarının asılmasına sərt reaksiya göstərdi.

831263
"Terrorçu başının şəklinin nümayiş olunması müttəfiqliyinə zərər yetirir", B.Yıldırım

    Paytaxt Ankarada jurnalistlərin suallarını cavablandıran B.Yıldırım deyib: “Müttəfiqimiz Amerika Birləşmiş Ştatları hər zaman dedik. Bir terror təşkilatıyla başqa terror təşkilatını vurmaq əməkdaşlığı hansı nəticəyə aparır, bu fotoplakat ortaya qoydu. ABŞ YPG və PYD-nin (PKK-nın Suriyadakı qolu) terror təşkilatı olduğunu anlamaq üçün daha nəyi görmək istəyirlər?

  PKK terrorçu başının şəklinin Rakkada nümayiş olunması ABŞ-Türkiyə müttəfiqliyinə böyük zərər verir. Bu hərəkətilə ABŞ təkcə terrorla əməkdaşlıq etməkdə qalmır, eyni zamanda, Türkiyə və Suriyanın gələcəyini təhlükəyə atır.

  Türkiyə və ABŞ nümayəndə heyətləri arasındakı viza böhranına gəlincə, Xarici İşlər Nazirliyi rəsmiləri qarşılıqlı olaraq məsələni mükazirə edəcəklər. Ümid edirəm ki, məsələ asanlıqla həll olunur. Texniki səviyyədə işlər davam edir".



Әlaqәli Xәbәrlәr