Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan “TRT World Forum”da ABŞ-a səsləndi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TRT World Forum”da çıxış etdi.

830682
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan “TRT World Forum”da ABŞ-a səsləndi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TRT World Forum”da etdiyi çıxışda ABŞ-a səslənərək deyib ki, təəssüf ki, dünyada ədalət yoxdur. Xüsusilə iqtisadiyyat sahəsində güclü olanın haqlı olaraq təqdim edildiyi bir dünyada yaşayırıq. Haqlı olanın güclü olduğu deyil, güclü olanın haqlı olduğu bir dünya. Belə bir dünyanı qəbul etmək qeyri-mümkündür.  Bir terror təşkilatı vasitəsi ilə başqa bir terror təşkilatında islahat aparılması heç məntiqli deyil. PYD ilə YPG-nin yanında DEAŞ adlanan təşkilata qarşı kim dayanır. Bu ölkə ABŞ-dır.

Bu müraciətinin “TRT World” vasitəsilə bütün dünyaya yayımlandığına diqqət çəkən Ərdoğan bildirib ki, Avropa ölkələrinə də səslənmək istəyirəm. PKK terror təşkilatı bu ölkələrdə azad şəkildə dolanır. Almaniyaya PKK ilə əlaqəli 4 min 500 qovluq verdim, amma bunlarla əlaqəli bizə bir məlumat verilmədi. PKK Avropa İttifaqının terror siyahısındadır, amma bu terror təşkilatının üzvləri bu ölkələrdə sərbəst şəkildə gəzir. FETÖ terror təşkilatı barədə də eyni şəyləri söyləmək mümkündür. Hər həs səmimi və dürüst olsun.

Dövlət başçısı Ərdoğan Türkiyə ilə ABŞ arasındakı viza məsələsinə də toxunaraq bildirib ki, bu ölkə ilə strateji tərəfdaşıq, amma Ankara səfiri bəyanat yayaraq viza qadağası qoyulduğunu açıqladı. Bu nöqtədə strateji tərəfdaşlığı müzakirəyə çıxararıq. Demokratik hüquq dövlətiyik, bunun əsaslarını yerinə yetiririk.

“Strateji tərəfdaş ölkələr arasında atılan addımlar qarşılıqlı olmalıdır. Tək tərəfli atılan addımlardan nəticə əldə edilə bilməz”, deyə Dövlət başçı Ərdoğan vurğulayıb.



Әlaqәli Xәbәrlәr