"Ölkəmiz nə zaman problemlə qarşı-qarşıya qalsa, yanında Türkiyəni görür", M.A.Fermacu

Somali prezidenti Məhəmməd Abdulla Fermacu paytaxt Moqadişuda oktyabrın 14-ündə törədilən terror aktından sonra Türkiyənin onlara yardım əli uzadan yeganə ölkə olduğunu bildirib.

828235
"Ölkəmiz nə zaman problemlə qarşı-qarşıya qalsa, yanında Türkiyəni görür", M.A.Fermacu

   Paytaxt Moqadişudakı hava limanında jurnalistlərin suallarını cavablandıran M.A.Fermacu Somaliyə dəstək üçün sərf etdikləri səylərə görə başda ölkə başçısı Rəcəb Tayyib Ərdoğan olmaqla bütün Türkiyə xalqına təşəkkür edərək deyib: “Türkiyənin səyləri 2011-ci ildən bu yana Somalidəki həyatın bütün sahələrinin inkişafına təkan verib. Ölkəmiz nə zaman problemlə qarşı-qarşıya qalsa, yanında Türkiyəni görür. Türkiyənin verdiyi bu dəstək əsrlərdir davam edən qardaşlıq əlaqələrinin meyvəsidir. Və Türkiyə terror aktından sonra bizə kömək əli uzadan yeganə ölkə oldu".



Әlaqәli Xәbәrlәr