Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Serbiyaya rəsmi səfərdən qayıdarkən gündəmi dəyərləndirdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Türkiyənin bəzi konsulluqlarında casusları olduğunu bildirib.

826048
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Serbiyaya rəsmi səfərdən qayıdarkən gündəmi dəyərləndirdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Türkiyənin bəzi konsulluqlarında casusları olduğunu bildirib.

Ərdoğan bunu Serbiyaya rəsmi səfərindən qayıdarkən gündəmə dair dəyərləndirməsində deyib.

Dövlət başçısı konsulluqların içində Fətullahçı Terror Təşkitalı (FETÖ) günahkarı casuslar olduğunu qeyd edərək deyib ki, bunlar diplomat yox casusdurlar. Belə casuslar ABŞ-da da var. Bu casuslar da konqres ilə sıxı əlaqə içindədirlər. Bunların hamısı həqiqət kimi ortadadır. Əsasən FETÖ-nün quldurbaşının özü də Pensilvaniyadadır.

ABŞ ilə yaşanan viza böhranının məsuliyyətlisinin Ankara səfiri John Bass olduğunu bir daha dilə gətirən Dövlət başçısı Ərdoğan bəzi konsulluqlarda casus olduğunu ifadə edib.

ABŞı- Dövlət katibi Rex Tillersonun Xarici İşlər naziri Mövlud Çavuşoğluna böhranın həlli üçün “Komissiya təşkil edəyin” təklifi gətirdiyini qeyd edən Ərdoğan “Bununla əlaqəli mətnin çatdırılmasını gözləyirik” deyib.

Ərdoğan Rusiyadan S-400 raket sistemi satın alınması ilə əlaqəli suala cavabən isə deyib ki, S-400 sistemlərinə dair hər hansı problem yoxdur. Birinci paketdə müştərək istehsalımız olmayacaq. Lakin ikinci paketdən sonra artıq birgə istehsal üçün addımlar atılacaq. Rusiya prezidenti Putinlə müzakirələrimizdə fəaliyyətlərimizi S-400 ilə sona çatdırmağı düşünmürük. S-500-lərlə əlaqəli müzakirələrimiz də oldu.



Әlaqәli Xәbәrlәr