Çox sayda hərbi vasitə sərhəd məntəqəsinə yerləşdirildi

Çox sayda hərbi, təcili yardım maşınları və konteyner Reyxanlı qəsəbəsində sərhəd-keçid məntəqəsində yerləşdirildi.

825982
Çox sayda hərbi vasitə sərhəd məntəqəsinə yerləşdirildi

İdlibdəki “münaqişəsiz” bölgəyə hərbi ünsürlərin yerləşdirilməsi çərçivəsində Türkiyənin Hatay vilayətinə gələn çox sayda hərbi, təcili yardım maşınları və konteyner Reyxanlı qəsəbəsində sərhəd-keçid məntəqəsində yerləşdirildi.

Digər tərəfdən Fövqəladə Hallar İdarəsinə məxsus kimyəvi, Biyoloji Radyoloji və Nüvə vasitəsi də Cilvəgözü sərhəd-keçid məntəqəsinə gətirildi.

Türkiyə, Rusiya və İranın Qazaxıstanın paytaxtı Astanada keçirdiyi yığıncaqlarda Suriyanın Türkiyə sərhədindəki İdlib vilayətində “münaqişəsiz” bölgə elan etmişdi. Razılaşmaya görə, Türkiyənin İdlibdə “münaqişəsiz” bölgənin sərhədlərini təşkil edən təhlükəsiz bölgələrdə nəzarət və müşahidə mərkəzləri təşkil edərək əsgər yerləşdirilməsi qərara alınmışdı. Müşahidəçi qüvvənin əsas vəzifəsi isə rejim və müxalifət arasında qarşıdurma yaranmasının qarşısını almaq və ehtimal olunan atəşkəs pozuntularına nəzarət etmək olaraq müəşşən edilmişdi.

Suriyada atəşkəs rejiminin tətbiq edilməsi məqsədi ilə, zamin ölkələrin silahlı qüvvələrinə mənsub hərbi dəstələrdən ibarət “Gərginliyi azalatma nəzarət gücü”ndə yer tutan Türkiyə Silahlı Qüvvələri ünsürlərinin İdlib bölgəsində sentyabrın 8-dən bəridir kəşf fəaliyyətlərinə start verdiyi bildirilmişdi.



Әlaqәli Xәbәrlәr