Türkiyə Silahlı Qüvvələrinin kəşf fəaliyyətləri davam edir

TSQ İdlibdə “münaqişəsiz” bölgədə nəzarət məntəqəsi qurmaq üçün kəşf fəaliyyətlərinə oktyabrın 8-də start verildiyini elan etmişdi.

825194
Türkiyə Silahlı Qüvvələrinin kəşf fəaliyyətləri davam edir

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın İdlib vilayətindəki "münaqişəsiz" bölgədəki atəşkəs qərarına əməl edilib edilmədiyini izləmək üçün qurulacaq nəzarət məntəqələrini təşkil etmək məqsədilə apardığı kəşf fəaliyyətlərini davam etdirir.

İdlibdəki Anadolu xəbər agentliyi müxbirlərinin məlumatına əsasən, Suriyadakı atəşkəs qərarının zamin ölkələrinin silahlı qüvvələrinə mənsub hərbi dəstələrindən ibarət “Gərginliyi azaltma nəzarət gücü”ndə iştirak edən TSQ İdlibdə kəşf fəaliyyətlərini davam etdirir.

Qeyd edək ki, TSQ İdlibdə “münaqişəsiz” bölgədə nəzarət məntəqəsi qurmaq üçün kəşf fəaliyyətlərinə oktyabrın 8-də start verildiyini elan etmişdi.

Zamin ölkələrin silahlı qüvvələrinə mənsub hərbi dəstələrdən ibarət “Gərginliyi azaltma nəzarət gücü”ndə yer alan TSQ ünsürlərinin Qazaxıstanın paytaxtı Astanada qəbul edilən saziş çərçivəsində yerləşməsi gözlənilir.

Türkiyə İdlibin mərkəzi bölgələrində, rus qüvvələri isə İdlibin kənar ərazilərində nəzarət məntəqələri quracaq.

Türkiyə Silahlı Qüvvələri hərbi ünsürlərinin bölgəyə çatması ilə rejim və müxalifət arasındakı atəşkəsin təsirinin artırılması, qarşıdurmaların sona çatdırılması, humanitar yardımların çatdırılması, yerlərindən edilənlərin evlərinə qayıtması üçün uyğun şərtlərin təmin edilməsi və böhranın sülh yolu ilə həlli üçün uyğun şərtlərin yaradılmasına dəstək təmin edilməsi hədəflənir.



Әlaqәli Xәbәrlәr