ABŞ-nın viza qərarına reaksiyalar davam edir

Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş Malatiya vilayətində verdiyi açıqlamada ABŞ-nın viza verilişlərinin dayandırılmasına dair qərarına toxunub.

824880
ABŞ-nın viza qərarına reaksiyalar davam edir

Numan Kurtulmuş, atılan addımlar göstərir ki, Türkiyənin xüsusilə Suriya probleminin həlli mövzusunda izlədiyi siyasətdən narahal olanlar var deyə vurğulayıb.

Nazir Numan Kurtulmuş: “1952-ci ildən bəri NATO daxilindəki ən güçlü müttəfiqimiz və Orta şərq siyasətində strateji əməkdaşlıq səviyyəsində münasibətlərimiz olan ABŞ-nın 80 milyon Türk xalqını cəzalandırma mənasını verən qərarını idrak etməkdə çətinlik çəkirəm. Müttəfiqimizin bu qərarı göstərir ki, Astana prosesindən sonra Türkiyənin xüsusilə Suriya probleminin həlli mövzusunda yeni addımlar atmağından narahatdır. Əlbətdə ki Türkiyə ABŞ-nın qərarına biganə qalmayaraq lazımlı addımıları dərhal atıb. Ancaq bizim arzumuz, ABŞ rəsmilərinin bu səhv qərardan imtina etmələri və əlaqələrimiz zədə almadan yenidən normallaşmasıdır” deyə Kurtulmuş vurğulayıb.



Әlaqәli Xәbәrlәr