Türkiyә Avropa Şurası Parlament Assambleyasına reaksiya göstәrib

Avropa Şurası Parlament Assambleyası  ''Vatslav Havel'' insan haqları mükafatını terror tәşkilatı FETÖ-ya üzv olmaqda günahlandırılan sabiq Hakimlәr vә Prokurorlar Birliyinin sәdri Murad Arslana verildiyini açıqlamışdı.

823552
Türkiyә Avropa Şurası Parlament Assambleyasına reaksiya göstәrib

Türkiyә Xarici İşlәr Nazirliyi Avropa Şurası Parlament Assambleyasının  ‘‘Vatslav Havel’’ insan haqları mükafatını terror tәşkilatı FETÖ-ya üzv olmaqda günahlandırılan sabiq Hakimlәr vә Prokurorlar Birliyinin sәdri Murad Arslana vermәsinә reaksiya göstәrib.

Xarici İşlәr Nazirliyindәn mövzu ilә bağlı verilәn bәyanatda: ‘‘Vatslav Havel insan haqları mükafatının 15 iyul dövlәt çevrilişinә cәhd edәn FETÖ terror tәşkilatının üzvü olmaqda  günahlandırılan şәxsә verilmәsi son dәrәcә yalnışdır vә qәbuledilmәzdir’’ deyilir.

Bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘ Terror tәşkilatı FETÖ-ya üzv olmaqda günahlandırılan şәxsi ‘‘insan haqları müdafiəçisi’’  kimi göstərmək demokratiya və insan haqlarına  xəyanətdir’’

Qeyd edәk ki, Avropa Şurası Parlament Assambleyası  ''Vatslav Havel'' insan haqları mükafatını terror tәşkilatı FETÖ-ya üzv olmaqda günahlandırılan sabiq Hakimlәr vә Prokurorlar Birliyinin sәdri Murad Arslana verildiyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr