"ABŞ-ın bizə etdiklərinin əvəzini qatıyla qaytaracağıq", B.Yıldırım

Türkiyənin Baş naziri, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini Binəli Yıldırım Amerika Birləşmiş Ştatlarının viza əməliyyatlarını təxirə salmasıyla bağlı "bizə etdiklərinin əvəzini bir neçə qatıyla qaytarırıq" dedi.

824018
"ABŞ-ın bizə etdiklərinin əvəzini qatıyla qaytaracağıq", B.Yıldırım

   Türkiyə Böyük Millət Məclisinin qrup toplantısında etdiyi çıxışında B.Yıldırım deyib:

  “ABŞ-ın keçən həftə sonu müttəfiqlik əlaqəsinə uyğun gəlməyən qərar verməsi - Türkiyəyə vizanı dayandırması, ziddiyyətli cavablar verməsi,  təhlükəsizlik bəhanəsi gətirməsinə təəssüf hissi keçiririk.  

  Türkiyə bir hüquq dövlətidir. 15 İyul 2016 Çevriliş Cəhdindən sonra Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) ilə bağlı istintaqlar davam edir. FETÖ araşdırması çərçivəsində ABŞ Səfriliyində çalışan bəzi adamlar haqqında hüquqi proses başlamağımızdan Amerika narahat olmamalıdır.  

  Cinayət törədən və ya törədənə yardımçı olanın ABŞ qurumunda olması Amerikaya bir imtiyazmı gətirəcək? Biz centlmenlərdən icazəmi almalayıq? Ölkənizdə bir rəsmi bankımızın İdarə Heyətinin sədr müavinini vəzifə başında yaxa-paça tutub həbsə atarkən bizdənmi soruşdunuz, icazəmi aldınız? Üstəlik hələ də 15 İyul Çevriliş Cəhdinin başçısını ölkənizdə bəsləyirsiniz. Bu, müttəfiqliyə sığarmı? Bu dostluğa sığarmı?

  ABŞ Suriyada da terror təşkilatlarıyla birlikdə hərəkət edir. ABŞ və Türkiyə müttəfiq ölkələrdir. Əgər müttəfiqiksə, separatçı terror təşkilatı PKK-nın Suriyadakı davamı PYD/YPGYE də qol-qanad verməkdən uzaq dursun. Düşmənlərimizlə iş qurmaq müttəfiqliyə yaraşmaz."



Әlaqәli Xәbәrlәr