Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfəri başladı

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfəri başladı.

823124
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfəri başladı

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfəri başladı.

Ərdoğan adı çəkilən ölkədə Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısına qatılacaq. Dövlət başçısı səfəri çərçivəsində ukraynalı həmkarı Petro Poroşenko ilə görüşəcək, ikitərəfli əlaqələr və regiondakı vəziyyətlə bağlı məsələləri müzakirə edəcək. Səfər zamanı həmçinin Türkiyə ilə Ukrayna arasında strateji əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsini nəzərdə tutan müxtəlif müqavilə və protokollar imzalanacaq.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Ukrayna parlamentinin sədri Andrey Prubiy və baş nazir Vladimir Qrosmanla ayrı-ayrılıqda biraraya gələcək. 

R.T.Ərdoğan Ukrayna rəsmiləri ilə görüşdə Krım məsələsi və Krım türklərinin vəziyyəti ilə bağlı fikir mübadiləsi aparacaq. Onun Ukraynadakı Türkiyə vətəndaşları ilə görüşü də nəzərdə tutulub.

Dövlət başçısını səfərdə Baş nazirin müavini Fikri İşık, Silahlı Qüvvələrin Baş Qərargah rəis Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii ehtiyatlar naziri Berat Albayrak, Avropa İttifaqı üzrə nazir və baş müzakirəçi Ömer Çelik, Ətraf Mühit və Şəhərsalma naziri Mehmet Özhaseki, İqtisadiyyat naziri Nihat Zeybekci, Nəqliyyat, Dənizçilik və Rabitə naziri Ahmet Arslan, Meşə və Su işləri üzrə nazir Veysel Eroğlu, Qida,Kənd Təsərrüfatı və Heyvandarlıq məsələləri üzrə nazir Ahmet Eşref Fakıbaba müşaiyət edirlər.

 



Әlaqәli Xәbәrlәr