ABŞ Sudana qarşı sanksiyalarını qaldırdı

Türkiyə Amerika Birləşmiş Ştatlarının Sudana tətbiq etdiyi ticarət sanksiyalarını qaldırma qərarını məmnuniyyətlə qarşıladı.

822516
ABŞ Sudana qarşı sanksiyalarını qaldırdı

  Ölkənin Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir:

  “ABŞ Sudana tətbiq etdiyi iqtisadi sanksiyaları qaldırdığı, bu qərarın 12 oktyabrdan qanuna minəcəyi və ABD-Sudan ikitərəfli əlaqələri baxımından dönüş nöqtəsi olacağı üçün Türkiyə bu prosesi məmnuniyyətlə qarşılayır.

  Sudana qarşı sanksiyaların qaldırılması Afrikanın sülh, sabitlik və rifahına müsbət təsir edəcək. Prosesi uğurla başa vuran bütün tərəflərin səylərini təqdirlə qarşılayırıq.

  Türkiyə də Sudan-ABŞ əlaqələrinin normala dönməsi prosesində əlindən gələn köməyi etməyə hazırdır.”

  Qeyd edək ki, ABŞ rəhbərliyi 1993-cü ildə Sudanı "Terrorizmi dəstəkləyən dövlətlər" siyahısına salmış, 1997-ci ildə isə dövrün prezidenti Bill Klintonun rəhbərliyi zamanı sanksiya tətbiq edilməyə başlanmışdı.



Әlaqәli Xәbәrlәr