Prezident Ərdoğan Ukraynaya səfərə gedir

Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Şurasının növbəti yığıncağına qatılmaq üzrə Ukraynaya gedir.

820938
Prezident Ərdoğan Ukraynaya səfərə gedir

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, Ərdoğan ilə Ukrayna prezidenti Petro Poroşenkonun başçılığında, əlaqədar nazirlərin iştirakı ilə Kiyevdə baş tutacaq yığıncaqda ikitərəfli və regional mövzular ətraflı şəkildə müzakirə ediləcək.

Ərdoğan 9 oktyabrda kievə   edǝcǝyi   səfər çərçivəsində Ukrayna milli məclisinin rəhbəri Andriy Parubiy və Baş nazir Volodimir Groysman ilə də bir araya gələcək. Bu ölkədə yaşayan soydaşların nümayəndələrini qəbul edəcək.

Səfər çərçivəsində baş tutacaq danışıqlarda Ukrayna ilə strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləşdirilməsi üçün yeni əməkdaşlıq imkanları təhlil ediləcək. Bir çox razılaşma və müqavilə imzalanacaq. Krım məsələsi və Krım tatarlarının mövcud vəziyyəti haqqında fikir mübadiləsi ediləcək.



Әlaqәli Xәbәrlәr