Türkiyə Las Vegas şəhərində törədilən silahlı hücumu qınadı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının Las Vegas şəhərindəki musiqi festivalında törədilən silahlı hücumu qınadı.

818837
Türkiyə  Las Vegas şəhərində törədilən silahlı hücumu qınadı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Twitter hesabından Amerika Birləşmiş Ştatlarının Las Vegas şəhərindəki musiqi festivalında törədilən silahlı hücumla bağlı ismarıc yaydı.

Ərdoğan ismarıcda:"Las Vegas şəhərində törədilən terror hücumunu şiddətlə qınayıram. Bu növ hadisələrin bir daha yaşanmamasını diləyərək, hücumda həlak olanların ailələri başda olmaqla, bütün ABŞ xalqına Türk millətinin adından başsağlığı verirəm" dedi.

Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ da ABŞ-ın Las Vegas şəhərində musiqi festivalı iştirakçılarının atəşə tutulmasını nifrətlə və şiddətlə qınadıqlarını bildirdi.

Bozdağ hadisə ilə bağlı açıqlamasında:"ABŞ xalqının dərdinə şərik olduğumuzu bildiririk. Türkiyə hər növ hücuma, zorakılığa və terrora qarşıdır. ABŞ daxil olmaqla, dünyanın heç bir yerində bu növ olayların olmamasını arzu edirik" deyə qeyd etdi.

Türkiyə XİN hadisə ilə bağlı bəyanat yaydı.

Bəyanatda:"Bu mənfur hücumu qınayır, ona qarşı ABŞ ilə həmrəy olduğumuzu bir daha dilə gətiririk. Ölü və yaralılar arasında vətəndaşlarımızın olub-olmaması ilə bağlı Türkiyənin Los Angeles Baş Konsulluğu yerli təhlükəsizlik orqanlarında və xəstəxanalarda araşdırmalar aparır" deyildi.

Xarici işlər naziri Mövlud Çavuşoğlu hücumu qınama ismarıcını Türk və ingilis dillərində yaydı.

Çavuşoğlu ismarıcda  ABŞ rəhbərliyinin və xalqının dərdinə şərik olduğunu bildirdi.

Las Vegas polisi Mandalay Bay Otelinin 32-ci mərtəbəsindən açıq hava konsertinə qatılanlara atəş açılması nəticəsində 59 nəfərin həlak olduğu və 527 nəfərin yaralandığı barədə məlumat yayıb.

 

 



Әlaqәli Xәbәrlәr