"Qeyri-qanuni referendum bölgənin sinəsinə sancılmış xəncərdir",R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 25 sentyabr tarixində İraq Kürd Regional Rəhbərliyinin (İKRR) təşkil etdiyi qanunsuz referendumu "bölgənin sinəsinə sancılmış xəncər" kimi dəyərləndirdi.

819346

Dövlət başçısı və Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Ərdoğan, yeni qanunvericilik ilində Türkiyə Böyük Millət Məclsinin (TBMM) ilk qrup toplantısında partiya millət vəkillərinə müraciət etdi.

Rəcəb Tayyib Ərdoğan İKRR-nin keçirdiyi qeyri-qanuni referendumla əlaqədar Məsud Bərzaninin rəhbərliyinə sərt mesaj göndərdi.

Ərdoğan “ Ən yaxın zamanda ağlınızı başınıza yığın. Sevəni sevərik amma əks təqdirdə lazım gələni yerinə yetirərik. Məsələ kürdlərin haqları məsələsi deyil, bunun əksinə məsələ kürdlərlə ərəblərin, türkmənlərin və digər qrupların və ətrafdakı ölkələrin başa çatmayan bir qarşıdurma, hesablaşma prosesində tələyə düşüb düşməmələri məsələsidir.  

Ərdoğan Fransada baş verən yanğın nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı dilədi.

Ərdoğan ABŞ prezidenti Donald Trumpa Las Vegasdakı silahlı hücumla bağlı olaraq başsağlığı dilədiyini bildirdi və belə hadisələr qarşısında Türkiyənin hər zamankı mövqeyini qoruduğunu bildirdiyini söylədi.

Әlaqәli Xәbәrlәr