İran prezidenti Hulusi Akarı qәbul edib

İran prezidenti Hәsәn Ruhani bu ölkәdә rәsmi görüşlәr keçirәn Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Hulusi Akarı prezident İqamәtgahında qәbul edib.

818865
İran prezidenti Hulusi Akarı qәbul edib

İran prezidenti Hәsәn Ruhani bu ölkәdә rәsmi görüşlәr keçirәn Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Hulusi Akarı prezident İqamәtgahında qәbul edib.

Görüşdә İraq Kürd regional Rәhbәrliyinin keçirdiyi qanunsus müstәqillik referendumu başda olmaqla  bölgәnin tәhlükәsizliyi vә sabitliyinә tәhlükә yaradan proseslәr әtrafında fikir mübadilәsi aparılıb.

Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahından verilәn mәlumata görә, rәsmi görüşlәr keçirmәk üçün İrana sәfәr edәn Hulusi Akarın İranlı hәmkarı Mәhәmmәd Baqiri vә İran Milli Tәhlükәsizlik Ali Şurasının baş katibi Әli Şemhani ilә görüşüb.

Hulusi Akar daha sonra İran prezidenti Hәsәn Ruhani tәrәfindәn qәbul edilib.

Görüşlәrdә İKRR-nin keçirdiyi qanunsuz müstәqillik referendumu başda olmaqla bölgәnin tәhlükәsizliyi vә sabitliyinә tәhlükә yaradan proseslәr, sәrhәd tәhlükәsizliyi çәrçivәsindә mövcud әmәkdaşlığın davam etdirilmәsi, hәmçinin DEAŞ vә PKK başda olmaqla  bütün terror tәşkilatlarına qarşı mübarizә mәsәlәlәri müzakirә olunub.



Әlaqәli Xәbәrlәr