Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İran prezidenti Həsən Ruhaninin dəvətilə sabah İrana gedəcək.

819298
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İran prezidenti Həsən Ruhaninin dəvətilə sabah İrana gedəcək.

Cümhurbaşqanlığı mətbuat xidmətinin  məlumatına əsasən, Dövlət başçısı Ərdoğan rəsmi səfəri çərçivəsində İranın dini lideri Əli Xamneyi və prezident Həsən Ruhani ilə görüşəcək.

Səfər çərçivəsində iki ölkənin dövlət başçılarının rəhbərliyində Türkiyə-İran Ali Səviyyəli Əməkdaşlıq Şurasının sayca dördüncü yığıncağı təşkil ediləcək.

İkitərəfli əlaqələrin bütün cəhətləri ilə müzakirə olunacağı görüşlərdə başda İraq və Suriya olmaqla gündəmdəki regional və beynəlxalq məsələlərin müzakirəyə çıxarılacağı gözlənilir.

Səfər zamanı yaxşı qonşuluq və köklü tarixi və mədəniyyət əlaqələrinə sahib olan İran ilə siyasi dialoqun gücləndirilməsi və əməkdaşlığın hər sahədə inkişaf etdirilməsi hədəf götürülüb.

Dövlət başçısı Ərdoğanın səfəri İran prezidenti Ruhaninin 2016-cı il aprel ayının 16-da Türkiyəyə reallaşdırdığı səfərə cavab xüsusiyyəti daşıyır.



Әlaqәli Xәbәrlәr