Suriya və İraqın ərazi bütövlüyü məsələsində Rusiya ilə həmfikirik

Bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfərlə Ankaraya gələn Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi birgə mətbuat konfransında səsləndirdi.

816476
Suriya və İraqın ərazi bütövlüyü məsələsində Rusiya ilə həmfikirik

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və rəsmi səfərlə Ankaraya gələn Rusiya prezidenti Vladimir Putin tətbətək və heyətlərarası görüşlərdən sonra birgə mətbuat konfransı keçirdilər.

Türkiyə prezidenti mətbuat konfransında görüşlərdə regional və ikitərəfli əlaqələrin müzakirə olunduğunu bildirdi, ikitərəfli əlaqələrdə  ticarət və turizm sahələrinin rolundan danışdı.

Ərdoğan bu iki sektora aid rəgəmlərdə ilin ilk 7 ayında böyümə müşahidə olunduğunu qeyd etdi, “Türk Axını” və Akkuyu Atom Elektrik Stansiyası kimi enerji layihələrində olan bəzi axsamaların da qısa zamanda aradan qaldırılacağını vurğuladı.

Dövlət başçısı Suriya və İraqın ərazi bütövlüyü məsələsində Rusiya ilə həmfikir olduqlarını dedi, İrak Kürd Regional Rəhbərliyinin bütün xəbərdarlıqlara məhəl qoymayaraq, bazar ertəsi günü qeyri-qanuni referendumu keçirməsini yada saldı, daha böyük səhvlərin qarşısının alınmasının vacibliyini qeyd etdi.

Ərdoğan Putin ilə Suriyanın İdlib şəhərində yaradılan deeskalasiya zonalarındakı toqquşmalardan da danışdıqlarını, Suriya böhranının siyasi həlli yolunda əməkdaşlığı davam etdirmək məsələsində razılığa gəldiklərini söylədi.

Rusiya prezidenti Vladimir Putin Ərdoğan ilə  görüşü  səmimi və konstruktiv olaraq səciyyələndirdi. Putin görüşdə ayın əvvəlində  keçirilən Suriya böhranına aid 6-cı Astana toplantısını dəyərləndirdiklərini, deeskalasiya zonalarındakı çətinliklərin aradan qaldırılması yollarını müzakirə etdiklərini bildirdi.

Rusiya lideri İraq Kürd Regional Rəhbərliyinin bazar ertəsi günü keçirdiyi referendumla əlaqədar Rusiya Xarici İşlər Nazirliyinin bəyanatındakı:”İraqın ərazi bütövlüyünün tərəfdarıyıq” cümləsini təkrarladı.

Putin ilin ilk 7 ayında ikitərəfli ticarət həcmindəki artımdan danışdı, bu il Türkiyəyə gələn rus turistlərinin sayının 11 dəfə artaraq  2.5 milyonu keçdiyinə diqqət çəkdi.

Rusiyanın dövlət başçısı Türkiyə prezidenti ilə energetika sahəsində olam mövcud  layihələrin vəziyyətini də müzakirə etdiklərini, bunların vaxtında həyata keçirilməsi məsələsində həmfikir olduqlarını qeyd etdi.

 

 



Әlaqәli Xәbәrlәr