“Avropa Parlamentinin bu yanaşması qeyri-ciddidir”, Ö.Çəlik

Türkiyənin Avroqa İttifaqı (Aİ) naziri Ömər Çəlik Avropa Parlamentinin dilə gətirdiyi “Türkiyə ilə əlaqələri kəsəyin” deməsinin qeyri-ciddi yanaşma olduğunu bildirdi.

816477
“Avropa Parlamentinin bu yanaşması qeyri-ciddidir”, Ö.Çəlik
çelik.jpg

Türkiyənin Avroqa İttifaqı (Aİ) naziri Ömər Çəlik Avropa Parlamentinin dilə gətirdiyi “Türkiyə ilə əlaqələri kəsəyin” deməsinin qeyri-ciddi yanaşma olduğunu bildirdi.

İspaniyanın paytaxtı Madriddə səfərdə olan nazir bu ölkənin Xarici İşlər naziri Alfanso Dastis ilə görüşündən sonra təşkil etdiyi mətbuat kofransında keçirdiyi görüşləri dəyərləndirib.

İki ölkə arasındakı əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd edən nazir Çəlik səfəri zamanı iştirak etdiyi tədbirlərdə Türkiyənin Aİ prosesini izah etdiyini deyib.

Madriddə xeyli səmərəli görüşlər keçirdiyini bildirən Ömər Çəlik İspaniyanın Türkiyə ilə əlaqələrə əhəmiyyət verdiyini, Türkiyə Böyük Millət Məclisinin sədrini ölkələrində görmək istədiklərini ifadə etdiklərini dilə gətirib.

İspan iş adamlarının Türkiyədə çox önəmli yatırımlarının olduğunu da vurğulayan nazir Ömər Çəlik onların Türkiyədən məmnunluqlarını dilə gətirdiklərini, İspaniyanın keçmişdən bəridir Türkiyənin Aİ-yə tamhüquqlu olmasını dəstəklədiyini söyləyib.

Avropa İttifaqı naziri Ömər Çəlik Avropa Parlamentinin (AP) oktyabrın 4-də Strazburgda keçirəcəyi iclasda Türkiyə ilə əlaqəli bir tövsiyə qərarının gündəmə gəlib gəlməyəcəğinə dair sual qarşısında AP-nin daha əvvəl də bu bəradə qərar aldığını və bu qərarın səhv olduğunu ifadə edib.



Әlaqәli Xәbәrlәr