"Atacağımız addımlarda meyarımız rəsmi Bağdad olacaq"

Baş nazirin müavini Bəkir Bozdağ İraq Kürd Regional Rəhbərliyində sentyabrın 25-də keçirilən qeyri-qanuni referendumla əlaqəli olaraq atılacaq addımların müəyyən olduğunu söyləyib.

816910
"Atacağımız addımlarda  meyarımız rəsmi Bağdad olacaq"

Baş nazirin müavini Bəkir Bozdağ İraq Kürd Regional Rəhbərliyində sentyabrın 25-də keçirilən qeyri-qanuni referendumla əlaqəli olaraq atılacaq addımların müəyyən olduğunu söyləyib.

Bozdağ qeyri-qanuni referendumla əlaqəli Yozgat şəhərində etdiyi çıxışda iqtisadi, siyasi, hərbi olmaqla hər növ seçimdən danışıldığını, bunlardan hansının nə zaman işə daxil ediləcəyi barədə qərara yetişiləcəyini  bildirib.

Bunların vaxtı gəldiqdə birbəbir  həyata keçiriləcəğini vurğulayan Bəkir Bozdağ “Türkiyə Cümhuriyyəti dövlətinin hökuməti bu məsələdə nə edəcəyini və nəyi, nə zaman edəcəyini yaxşı bilir”-deyə vurğulayıb.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə Türkiyənin atacağı addımlarda xüsusilə İraq dövləti və hökumətinin tələblərinin özləri üçün meyar olacağını söyləyib.

Nazir Kolumbiyanın Xarici İşlər naziri Maria Angela Holguin ilə İstanbulda keçirdiyi birgə mətbuat konfransında jurnalistlərin suallarına cavabən bildirib ki, İraq hökumətinin indiyədək Türkiyə və digər ölkələrdən tələbləri oldu. Bunların bəzilərini tətbiq etməyə başladıq. Rəsmi Bağdadın Ərbilə “hava limanları və sərhəd-keçid məntəqələrinin nəzarətinin özlərinə təhvil verilməsi” ilə əlaqəli müddətin bugün (sentyabrın 29-u) başa çatdığını xatırladan Çavuşoğlu buna görə Türkiyə hava yolları şirkətlərinin uçuşlarını bugün axşam saatlarında dayandırma qərarına gəldiyini bildirib və İraq Kürd Regional Rəhbərliyinin rəsmi Bağdadın bu çağırışlarına müsbət cavab vərməsinə və məsələnin həllinə olan ümidini dilə gətirib.



Әlaqәli Xәbәrlәr