“Qeyri-qanuni referenduma qarşı konkret addımlar atıldı”, B.Yıldırım

Baş nazir Binəli Yıldırım İraq Kürd Regional Rəhbərliyinin (İKRR) “bütün dünyanı qarşısına alaraq” keçirdiyi qeyri-qanuni referenduma qarşı konkret addımlar atıldığını söylədi.

816296
“Qeyri-qanuni referenduma qarşı konkret addımlar atıldı”, B.Yıldırım

Baş nazir Binəli Yıldırım İraq Kürd Regional Rəhbərliyinin (İKRR) “bütün dünyanı qarşısına alaraq” keçirdiyi qeyri-qanuni referenduma qarşı konkret addımlar atıldığını söylədi.

Yıldırım Çorum şəhərində bir tədbirdə jurnalistlərin suallarına cavabən deyib ki, İran prezidentinin birinci müavini İshaq Cihangirlə telefonla danışdıq. Söhbət zamanı İraqın şimalındakı qeyri-qanuni referendum nəticəsində ortaqa çıxan durum qarşısında iki ölkənin nələr edə biləcəyi müzakirə olundu. İranla bu mövzuda həmfikir olduğumuzu gördük. Sərhəd dəyişiklikləri və burada yaradılmağa cəhd göstəriləcək süni kiçik dövlətlər bölgənin sabitliyinə xələl gətirən təhdidlərdir. Türkiyə ilə İran bu mövzuda yaxın əməkdaşlıq ilə fəaliyyətlərini davam etdirəcəkdir.

Baş nazir Binəli Yıldırım qeyri-qanuni referendum qarşısında Türkiyənin atdığı konkret addımlara toxunaraq söyləyib: “İraq Kürd Regional Rəhbərliyinin başçısı Məsud Bərzaninin sədri olduğu KDP-nin Ankara nümayəndəsinin bundan sonra Türkiyəyə gəlməməsi istəndi. Türkiyə bundan sonra İraq ilə iqtisadi, ticarət, diplomatik əlaqələrini mərkəzi hökumət vasitəsilə davam etdirəcək. Buna neft də daxildir. İraq Məclisinin qəbul etdiyi qərar çərçivəsində sərhəd-keçid məntəqələrinə nəzarətin İraq mərkəzi hökumətinin təhvil alması ilə Türkiyə İraqa istiqamətli ticarət, iqtisadi, diplomatik əlaqələrini mərkəzi hökumətlə birgə davam etdirəcək, bununla əlaqəli qərara gəlindi”.

Baş nazir İran, İraq və Türkiyədən rəsmilərin iki və üçtərəfli toplantılarla atılacaq addımları daha da konkretləşdirəcəyini vurğulayıb.

Yıldırım İran prezidentinin birinci müavini ilə Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın oktyabrın 4-də İrana edəcəyi səfər barədə danışdıqlarını söyləyib.



Әlaqәli Xәbәrlәr