Bərzani vəzifəsini qorumaq üçün kürdlərin gələcəyini təhlükəyə atdı

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özəl televiziya kanalına müsahibə verərkən bildirdi.

814766
Bərzani vəzifəsini qorumaq üçün kürdlərin gələcəyini təhlükəyə atdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özəl televiziya kanalına müsahibə verdi.
 
Çavuşoğlu bütün dünya referenduma qarşı olduğu halda  İraq Kürd Regional Rəhbərliyinin lideri Bərzaninin referendumun keçirilməsindəki inadının əsasında rəhbər olma arzusunun durduğunu bildirərək:"Bərzani vəzifəsini qorumaq üçün kürdlərin gələcəyini təhlükəyə atdı" dedi.
 
 Nazir:"İraqdan gələcək tələbləri dəyərləndirərək hər növ dəstəyi verəcəyik". deyərək birgə əməliyyatlar da daxil olmaqla, hər şeyin masaya qoyulduğunu qeyd etdi.
 
Çavuşoğlu "Türkiyəyə və İrana qonşu olan bu  bölgənin gələcəyini riskə atan məsələlərdə region ölkələri ilə əməkdaşlıq etməyimiz normaldır. Biz İraqın yanlış siyasətlərinə qatılmadığımızı hər zaman açıq şəkildə söyləyirik. Oktyabrın 4- də  Cənab prezidentlə birlikdə İranın paytaxtı Tehrana gedəcəyik. Hamımızı təhdid edən təhlükə yarandığı təqdirdə əməkdaşlıq etməmiz təbiidir, heç kim  buna bir şey deyə bilməz" şəklində danışdı.
 
 Nazir ehtiyac halında birgə təlimlərin vacib olduğunu ifadə edərək:"Bizə İraqdan bir təhdid, bir hücum olduğu zaman PKK-nın yerləşdiyi məntəqələrdə bir sıra əməliyyatlar keçirdik. Bu beynəlxalq hüquqa əsaslanan haqqımızdır. Lakin bir ölkənin ərazisinə hərbi qüvvələrimizin girməsi üçün o ölkədən dəvət gəlməlidir. Burada bizim tərəf-müqabilimiz Bağdaddır" dedi.
 
 Çavuşoğlu Sincarda PKK-çıların Kərkükə girməsi ilə bağlı verilən suala cavab olaraq Türkiyənin burada əməliyyat aparma haqqının olduğunu bildirdi:"Türkmən qardaşlarımıza qarşı bir təhdid yaranarsa, bu məsələdə heç bir tərəddüdümüz olmaz"dedi.



Әlaqәli Xәbәrlәr