Türk Hava Yolları mükafata layiq görüldü

Türk Hava Yolları (THY) “Airline Passenger Experience (Havayolu Sərnişin Dərnəyi-PEX) 5 Ulduzlu Qlobal Hava Yolu”  mükafatına layiq görüldü.

814432
Türk Hava Yolları mükafata layiq görüldü

Türk Hava Yolları (THY) “Airline Passenger Experience (Havayolu Sərnişin Dərnəyi-PEX) 5 Ulduzlu Qlobal Hava Yolu”  mükafatına layiq görüldü.

Bunu THY Mətbuat xidmətinin yaydığı bəyanatda bildiriblər.  Açıqlamaya əsasən, BMT-ın Kaliforniya ştatında keçirilən “Expo 2017” çərçivəsində “APEK sərnişin seçimi mükafatları” mərasimi keçirilib.

Mərasimdə “5 Ulduzlu Qlobal Havayolu” mükafatına layiq görülərək sərnişin təcrübəsi və rahatlığı sahəsindəki qlobal liderliyini bir daha təsdiqlədən THY sektorun ən etibarlı quruluşları tərəfindən müstəsna xidmət keyfiyyəti, təyyarədə yemək-içmək anlayışı və xüsusi sərnişin salonları kimi müxtəlif  katəqoriyada indiyədək saysız mükafata layiq görülüb.

THY İcra Heyətinin sədri İlkər Aycı sərnişinlərə ən yaxşı səyahət təcrübəsi yaşatmaq üçün ciddi səy göstərdiklərini, “5 Ulduzlu Qlobal Havayolu” mükafatına sahib olmağın onlar üçün göstərdikləri cəhdlərin qarşısında əldə edilə biləcək ən dəyərli motivasiya olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr