Ömər Çelik:"Türkiyənin Aİ üzvlüyünə qarşı olanlar ifrat sağçılara dəstək verdiklərini unutmasınlar"

Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Ömər Çelik Türkiyənin irqçi təbəqələrə qarşı mübarizə aparmaq üçün Avropada demokratik dəyərləri müdafiə edənlərlə əməkdaşlıq etməyə hazır olduğunu bildirdi.

813975
Ömər Çelik:"Türkiyənin Aİ üzvlüyünə qarşı olanlar ifrat sağçılara dəstək verdiklərini unutmasınlar"

Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Ömər Çelik "Twitter" hesabında Almaniyadakı parlament seçkilərini dəyərləndirdi.

Çelik Almaniyadakı seçkilərin hər baxımdan alman siyasətində yeni çatların yarandığını göstərdiyini bildirdi,  mərkəz sağçı (Angela Merkel) və solçu (Martin Schulz) partiyaların İkinci Dünya Müharibəsindən sonra ilk dəfə səslərin 15%-i itirdiyinə diqqət çəkdi.

Nazir Avropada yüksəlməyə başlayan ifrat sağçı və irqçi axınlarla əlaqədar bunları bildirdi:"Mərkəz sağçılar və solçular çökməsə də, başqa partiyalar, xüsusilə, irqçilər müəyyənedici mövqe qazanıblar. Bütün Avropada olduğu kimi, Almaniyada da mərkəzi siyasət ifrat sağçılara doğru meyl edib. Fransız Marine Le Pen və hollandiyalı irqçi Geert Wilders  Almaniya üçün Alternativ (AfD) partiyasını parlamentdə yer qazanması münasibətilə təbrik etdilər. İrqçi,  qaçqın düşməni və kesenofobik dalğa bütün Avropanın gələcəyini təhdid edir. Hər seçkilərdə bu təhdid artır".

Çelik alman siyasətinin Türkiyəyə təşəkkür borcu olduğunu qeyd etdi, qaçqın müqaviləsinin tətbiqi sayəsində  Almaniyanın xaotik miqrasiyasadan daha az təsirləndiyini xatırlatdı.

Ömər Çelik şərhinin sonunda:"Həyəcan təbili çalınmalıdır. Demokratik siyasətə inanan hər kəs həmrəylik nümayiş etdirməlidir. İrqçi kəsimlərə qarşı mübarizə aparmaq üçün Avropada demokratik dəyərləri müdafiə edənlərlə əməkdaşlıq etməyə hazırıq.Türkiyənin Aİ üzvlüyünə qarşı olanlar bu etdikləri ilə ifrat sağçılara dəstək verdiklərini unutmasınlar"

 

 



Әlaqәli Xәbәrlәr