"Referendum qərarı qeyri-qanunidir, qəbuledilməzdir", R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İraq Kürd Regional Rəhbərliyinin keçirdiyi  referendumdan mənfəət güdənlərin olduğunu söyləyib.

813641
"Referendum qərarı qeyri-qanunidir, qəbuledilməzdir", R.T.Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İraq Kürd Regional Rəhbərliyinin keçirdiyi  referendumdan mənfəət güdənlərin olduğunu söyləyib.

Dövlət başçısı Beynəlxalq Ombudsmanlıq yığıncağında çıxış edən Ərdoğan bildirib ki, İraq Kürd Regional Rəhbərliyinin referendum qərarında İraqın qarşı-qarşıya olduğu şərtlər nəzərə alındıqda güclü şəkildə mənfəət güdüldüyü açıqdır. Bu referendum qəbuledilməzdir. Ciddi problemlərlə qarşı-qarşıya olduqları zamanda yanlarında olduq. Bölgə sadəcə bir tayfanın yaşam sahəsi deyildir. Referendum nəticəsinə baxmadan biz bunu əsla qəbul etmirik. Bu referendum qanunsuzdur.

Türkiyə Silahlı Qüvvələrinin Silopidə davam edən hərbi təliminə toxunan Ərdoğan deyib: “Bu vacib addımlar boşuna atılmadı. Hal-hazırda  İranda da vəziyyət eynidir. Sərhədlərindən hazırda sadəcə İraq tərəfinə keçiş icazəsi var. Bu həftə ərzində digər addımları da bəyan edəcəyik. Giriş-çıxış bağlanacaq. Bundan sonra Şimali İraqdakı Regional Kürd Rəhbərliyi görək neftini hansı ölkələrin vasitəsi ilə haraya axıdacaq, satacaq. Kran bizdədir, bağladığımız anda o iş bitər”.

Ərdoğan İraq Kürd Regional İdarənin rəhbəri Məsud Bərzaninin bölgəni öz nəzaritinə götürməyə cəhd göstərməsinin, uzun illər davam edəcək yeni qarşıdurmaların, yeni acıların, yeni zülmlərin, yeni qətliamların xəbərçisi olmaqdan başqa mənasının olmayacağını bildirib: “Suriyada da terror dövləti qurulmasına icazə verməyəcəyik. Suriyaənın şimalında (terror təşkilatı PKK-nın davamı) PYD dövlət quracaqmış. Bunların hamısı onlar üçün mənasız yuxulardır. Bir gecə anidən gələ biləcəyimizi söylədik Bunu (keçən ilki Türk Silahlı Qüvvələrinin əməliyyatı) “Fərat Qalxanı” əməliyyatında etdik. Bütün seçimlər masamızdadır. Lazım gəldikdə İraqda da belə addımları atmaqdan imtina etmərik.



Әlaqәli Xәbәrlәr