Prezidentin çıxışına etiraz edǝnlǝr saxlanılıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu Yorkdakı çıxışı əsnasında pankart açıb şüar səsləndirən separatçı terror təşkilatı PKK / YPG-nin 4 üzvü saxlanılıb.

811838
Prezidentin çıxışına etiraz edǝnlǝr saxlanılıb

Prezident R.T.Ərdoğan Türkiyə-ABŞ Milli Komitəsinin tədbirində çıxış edən zaman şuarlar səsləndirərək çıxışı etiraz ediblər. Bu səbəbdən zalda dava düşüb.

Nyu York polisi 4 terrorçunun saxlandığını, lakin onların həbs edilmədiyini bildirib. Xəsarət alan yoxdur.

Rəsmi Ankara insidentin ABŞ hakimiyyətinin təhlükəsizlik tədbirləri görməkdən imtina etməsinə görə baş verdiyini bəyan edib.

Türkiyə mətbuatı etiraz edənlərin PKK terror təşkilatının üzvləri olduğunu yazır.

Digər tərəfdən prizident Rəcəb Tayyıb Ərdoğan, yığıncaqda etdiyi danışmada, dünyanın müxtəlif ölkələrində 6 milyon Türk vətəndaşının yaşadığını xatırladaraq, ABŞ-dakı Türk mənşəli Amerikalıların Türkiyə üçün əhəmiyyətli qazanc olduğunu qeyd edib. Onlara yaşadıqları ölkədə ictimai və siyasi həyata aktiv iştirakları haqqında çağırış edib. Myanmada Arakanlı müsəlmanların qətl edildiyini ifadə edən Ərdoğan bir milyondan çox Arakanlının köç məcburiyyətində qaldığını, Banqladeşə sığınmanın yollarını axtardıqlarını  xatırladıb.



Әlaqәli Xәbәrlәr