Milli Təhlükəsizlik Şurasının kritik yığıncağı

İraq Kürd Regional İdarənin sentyabrın 25-də keçirməyi planlaşdırdığı referendum ərəfəsində Milli Təhlükəsizlik Şurası Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın başçılığında yığıncaq keçirəcək.

811736
Milli Təhlükəsizlik Şurasının kritik yığıncağı

İraq Kürd Regional İdarənin sentyabrın 25-də keçirməyi planlaşdırdığı referendum ərəfəsində Milli Təhlükəsizlik Şurası Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın başçılığında yığıncaq keçirəcək.

Dövlət başçısı Ərdoğan “Həm Milli Təhlükəsizlik Şurasının yığıncağı keçiriləcək, dərhal sonra isə Nazirlər Şurasının toplantısı baş tutacaq. Təbii bütün bunlarla birlikdə atacağımız daha yeni bir addım da olacaq.” deyib.

Dövlət başçısı İraq Kürd Regional İdarənin sentyabrın 25-də keçirməyi planlaşdırdığı referenduma toxunaraq bildirib ki, sanksiyaların nələr olacağı Milli Təhlükəsizlik Şurasında ətraflı şəkildə müzakirə ediləcək. Bu sanksiyaların nə vaxt tətbiq olunacağı, yol xəritəsinin necə olacağı, bütün bunlar həm Milli Təhlükəsizlik Şurasında həm də Nazirlər Şurasında müzakirəyə çıxarılacaq. Nazirlər Şurasının yığıncağından sonra bununla bağlı bəyanatı hökumət yayacaqdır.

Dövlət başçısı Ərdoğan daha yeni bir addım atılacağına da toxunaraq, hökumətin sentyabrın 23-də ölkə xaricinə əsgər göndərilməsinə dair qərar qəbul etməsinin gündəmdə olduğunu bildirib. Hökumətin məsələni Məclisin gündəminə gətirəcəyini qeyd edən Ərdoğan deyib ki, bu qərarın qəbul edilməsi ilə bölgədəki vəziyyətin ayrı istiqamətə üz tutacağını düşünürəm. “Bütün bunları əlbəttə Baş nazirimiz İraqın Baş naziri ilə müzakirə etdi. Həmin şəkildə İran prezidenti ilə bu mövzular Astanada da müzakirə edildi. Amma biz indiyədək Şimali İraqdakı yerli idarəyə dostluq əlimizi uzatdıq. Keçiriləcək yığıncaqlarda bütün bu məsələlərə ətraflıca baxılacaq. Sonra da addımlar o yol xəritəsinin əsaslarına uyğun şəkildə atılacaqdır”-deyə Dövlət başçısı Ərdoğan vurğulayıb.



Әlaqәli Xәbәrlәr