Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Trumpla görüşdü

Trump görüşdən əvvəl mətbuata verdiyi qısa bəyanatda “Türkiyə Dövlət başçısı cənab Ərdoğan ilə bir araya gəlmək mənim üçün şərəfdir” dedi.

811722
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Trumpla görüşdü

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Trump New Yorkda görüş keçirdilər.

Trump görüşdən əvvəl mətbuata verdiyi qısa bəyanatda “Türkiyə Dövlət başçısı cənab Ərdoğan ilə bir araya gəlmək mənim üçün şərəfdir” deyib.

Ərdoğan isə amerikalı həmkarı ilə ikitərəfli əlaqələrlə yanaşı dünya gündəminə dair mövzuları müzakirə edəcəklərini söyləyib.

İki lider daha sonra iki ölkənin heyətləri arasındakı görüşdə iştirak ediblər.

Görüşdə İraq Kürd Regional İdarənin sentyabrın 25-də keçirməyi planlaşdırdığı müstəqillik referendumu, terror təşkilatı PKK-nın Suriyadakı qolu PYD/YPG-yə Washington rəhbərliyinin silah göndərməsi, 15 iyul 2016-cı il tarixindəki çevriliş cəhdinin günahkarı Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) ABŞ-da yaşayan quldurbaşının Türkiyəyə təhvil verilməsi, Rusiyadan S-400 raket müdafiə sistemi satın alınması kimi mövzular müzakirə olunub.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin ölkə xaricinə əsgər göndərmək üçün sənəd qəbul edəcəyini açıqlayıb.

Ərdoğan ABŞ prezidenti Donald Trump ilə New Yorkda 50 dəqiqə davam edən görüşdən sonra “Reuters”in suallarına cavab verib.

Ərdoğan İraq Kürd Regional İdarənin 25 sentyabrda keçirməyi planlaşdırdığı müstəqillik referendumu ilə bağlı Türkiyənin reaksiyasına dair suala cavabən deyib ki, Türkiyə Böyük Millət Məclisi sentyabrın 23-də növbədən kənar yığıncaq keçirərək, ölkə xaricinə əsgər göndərilməsi üçün qərar qəbul edəcək.

Ərdoğan Milli Təhlükəsizlik Şurası ilə Nazirlər Kabinetinin toplantılarında da İraq Kürd Regional İdarəyə qarşı sanksiyalar barədə qərar qəbul ediləcəyini söyləyib.

Ərdoğan başqa suala cavabən isə deyib ki, ABŞ kimi demokratik bir ölkənin terrorçuya ev sahibliyi etməsi insanı məyus edir. 15 iyul 2016-cı il tarixindəki çevriliş cəhdinin günahkarı Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) ABŞ-da yaşayan quldurbaşı Türkiyəyə təhvil verilməlidir.

ABŞ-ın Suriya məsələsi ilə əlaqəli siyasətində də səhvlər olduğunu vurğulayan Ərdoğan hal-hazırda terror təşkilatı DEAŞ-a qarşı mübarizədə, bir başqa terror təşkilatı olan PKK-nın bölgədəki qolu PYD ilə əməkdaşlıq etməsinin səhv olduğunu qeyd edib.

Dövlət başçısı Ərdoğan New Yorkdakı görüşlərini başa vurduqdan sonra vətənə qayıtdı.



Әlaqәli Xәbәrlәr