Gözlərimizin rəngi necə olursa olsun, göz yaşlarımızın rəngi eynidir

Bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan New Yorkda keçirilən Birləşmiş Millətlət Təşkilatının Baş Assambleyasının 72-ci sessiyasında səsləndirdi

810282
Gözlərimizin rəngi necə olursa olsun, göz yaşlarımızın rəngi eynidir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha İraq Kürd Regional Rəhbərliyini sentyabrın 25-də müstəqillik referendumunu keçirmək fikrindən daşınmağa çağırdı.

Ərdoğan New Yorkda keçirilən Birləşmiş Millətlət Təşkilatının Baş Assambleyasının 72-ci sessiyasında liderlərə müraciət etdi.

Türkiyə prezidenti  İraq Kürd Regional Rəhbərliyinin referendum qərarının bölgədə qarşıdurmalara səbəb ola biləcəyini qeyd edərək: “İraq Kürd Regional Rəhbərliyi Türkiyənin bu məsələ ilə əlaqədar mövqeyinə məhəl qoymasa, əlindəki imkanlardan da məhrum olacaq” dedi.

Ərdoğan beynəlxalq ictimaiyyətin 6 ildir vətəndaş müharibəsinin pəncəsində olan Suriya xalqını tək qoymasına rəğmən Türkiyənin bu böhranı həll etmək üçün bütün siyasi və humanitar gücünü ortaya qoyduğunu söylədi.

Prezident Türkiyənin ona sığınan 3 milyon suriyalı və 200 min iraqlıya ev sahibliyi etdiyindən bəhs etdi, qaçqlnlara 30 mliyard dollar xərcləndiyini, lakin Avropa İttifaqının yardımla əlaqədar verdiyi sözü yerinə yetirmədiyini xatırlatdı.

Ərdoğan:”3.2 milyon qaçqının yükünü Türkiyənin çiyinlərinə yükləyən bütün ölkələri və beynəlxalq təşkilatları verdikləri sözə əməl etməyə çağırıram”dedi.

Türkiyə prezidenti Körfəz bölgəsində iyunun 5-dən bu günədək davam edən böhrandan da danışdı, Qətər xalqına təıtbiq olunan embarqonun ləğvinin vacibliyini qeyd etdi.

Ərdoğan beynəlxalq ictimaiyyətin Myanmanın Arakan bölgəsindəki etnik təmizləməyə məruz qalan müsəlmanların faciəsi qarşısında passiv olduğuna işarə etdi, Türkiyənin bu böhranın həlli üçün də çalışdığını, ailə üzvlərinin və bəzi nazirlərin arakanlı müsəlmanlara Banqladeşdə sığındıqları düşərgələrdə baş çəkdiklərini, bu insanlara humanitar yardımın çatdırılması üçün dövlət və qeyri-hökumət təşkilatlarının əl-ələ verdiyini vurğuladı.

Prezident:” Bu faciənin qarşısı alınmasa, bəşəriyyətin tarixinə yeni bir qara ləkə vurulacaq” deyə danışdı.

Türkiyə prezidenti BMT TŞ-nın 5 üzvdən ibarət indiki quruluşunu bir daha “dünya beşdən böyükdür” ifadəsi ilə tənqid etdi, alternativ olaraq eyni hüquq və səlahiyyətlərə malik 20 üzv ölkədən ibarət bir format təklif etdi.

Rəcəb Tayyib Ərdoğan nitqini:”Gözlərimizin rəngi necə olursa olsun, göz yaşlarımızın rəngi eynidir” sözləri ilə bitirdi.



Әlaqәli Xәbәrlәr