"Bu hərəkət ciddi mənada siyasi naşılıqdır", R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı və AK Partiyanın sədri Rəcəb Tayyib Ərdoğan İraq Kürd Regional Rəhbərliyinin 25 sentyabrda keçiriləcək referendumuyla bağlı münasibət bildirib.

808132
"Bu hərəkət ciddi mənada siyasi naşılıqdır", R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı və AK Partiyanın sədri Rəcəb Tayyib Ərdoğan İraq Kürd Regional Rəhbərliyinin 25 sentyabrda keçiriləcək referendumuyla bağlı olaraq "Bunu ağıltutması hesab edirəm, çünki bu, ciddi mənada siyasi naşılıqdır, belə siyasət anlayışı olmaz" ifadələrini işlədib.  

  R.T.Ərdoğan Türkiyənin özəl telekanalında danışarkən deyib:

  “Türkiyənin bu referenduma fikri bəllidir. Bərzaninin verdiyi bəyanat, mənə görə, həqiqətən çox yanlış bir açıqlamadır. Çünki bizim illərdir İraqın ərazi bütövlüyü məsələsində həssaslığımız hər kəsə aydındır. Üstəlik bura Kərkük bölgəsidir. Qalxıb burada özü üçün istədiyi işləri görmək məsələsini heç doğru saymıram. Ayın 22-də Milli Təhlükəsizlik Şurası və Nazirlər Kabinetinin iclaslarından sonra Bərzani bir daha bizim ona münasibətimizi aydın görəcək.

  Türkiyənin İraqla 350 kilometrlik sərhədi var. Eyni bölgədə digər sərhədlərimiz İran və Suriyadır. Suriyanın vəziyyəti bəllidir. Bizim mövqeyimiz nədir sərhəd ölklərilə bağlı? - İraqın ərazi bütövlüyü. İran da bizimlə eyni fikirdədir. Bütün bunlara baxmayaraq, siz bu ərazidə özünüzə müstəqil dövlət qurma elanına çıxmısınız. Burada türkmənlər var, ərəblər var. İraqın ərazi bütövlüyünü təhdid edən belə addımın atılmasına asan-asan heç kəs heç hə deməz. İraqın mərkəzi hakimiyyəti bu referendumuna “xeyir” deyir."  



Әlaqәli Xәbәrlәr