Türkiyə yeri gəldiyində gücündən istifadə etməkdən çəkinməz

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa xarici işlər naziri Jean Yves Le Drian ilə keçirdiyi birgə mətbuat konfransında bildirdi

807356
Türkiyə yeri gəldiyində gücündən istifadə etməkdən çəkinməz

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa xarici işlər naziri Jean Yves Le Drian ilə birgə mətbuat konfransı keçirdi.

Konfransda çıxış edən Çavuşoğlu Fransa ilə dialoqlarda səmimiyyətin hakim olduğunu qeyd edərək:”Ümid edirəm ki, Almaniyada seçkilər bitər, sağlam düşüncə qalib gələr. Almaniya ilə eyni münasibətlər bərpa olunar” dedi.

Çavuşoğlu İraq Kürd Regional Rəhbərliyinin mübahisəli  referendum qərarı ilə bağlı verilən sualları cavablandırarkən:” Bu bölgədə referendumun keçirilməsinə dair verilən qərar səhvdir. Biz bununla əlaqədar mövqeyimizi Bağdadda və Ərbildə aydın şəkildə ortaya qoyduq. Onlara bu səhv qərardan geri çəkilməmələri halında bunun bölgəyə mənfi təsirlərinin olacağını bildirdik. Əgər referendumun keçirilməsi ilə bağlı israr edələrsə, bunun bir əvəzi olacaq” dedi.

Xarici işlər naziri:"Ümid edirik ki, sağlam düşüncə qalib gələr və referendum fikrindən daşınarlar. Türkiyə yeri gəldiyində bütün gücündən istifadə etməkdən çəkinməz” ifadələrini işlətdi.

 

 



Әlaqәli Xәbәrlәr