Hakkaridə təhlükəsizlik qüvvələrinin mühafizəçisi şəhid oldu

Türkiyənin Hakkari şəhərinin Şemdinli rayonunda PKK terrorçuları tərəfindən təşkil olunan hücumda təhlükəsizlik qüvvələrinin mühafizəçisi şəhid oldu

805848
Hakkaridə təhlükəsizlik qüvvələrinin mühafizəçisi şəhid oldu

Türkiyənin Hakkari şəhərinin Şemdinli rayonunda PKK terrorçuları tərəfindən təşkil olunan hücumda təhlükəsizlik qüvvələrinin mühafizəçisi şəhid oldu, 3 təhlükəsizlik işçisi yaralandı.

Valilikdən verilən məlumatda hadisənin təhlükəsizlik qüvvələrinin rayonun Gözəlqonaq kəndi yaxınlığında yola nəzarəti zamanı terror təşkilatı PKK-nın yerləşdirdiyi əl istehsalı partlayıcısının partlaması nəticəsində baş  verdiyi bildirilir.

Yaralılar  Şemdinli Dövlət Xəstəxanasına çatdırılıblar. Hadisə ilə bağlı təhqiqat davam edir.

 



Әlaqәli Xәbәrlәr