"2018-ci il Türkiyə və Çin üçün dəyərli il olacaq", N.Kurtulmuş

N.Kurtulmuş rəsmi səfər çərçivəsində Çinin ev sahibliyilə keçirilən Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Turizm Təşkilatının 22-ci Baş Assambleyasının Toplantısında olub.

805962
"2018-ci il Türkiyə və Çin üçün dəyərli il olacaq", N.Kurtulmuş

  Türkiyə Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş 2018-ci ilin Türkiyə və Çin münasibətləri baxımından çox gözəl və dəyərli bir il olacağını deyib.

  Rəsmi səfər çərçivəsində Çinin ev sahibliyilə keçirilən Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Turizm Təşkilatının 22-ci Baş Assambleyanın Toplantısında iştirak etmək üçün Çıngdu şəhərində olan Türkiyənin Mədəniyyət və Turizm naziri Türkiyə Radio Televiziya Qurumu – TRT və Anadolu Agentliyi (AA) şərhlər verib.  

  Çinin turizm sektorunun mühüm nümayəndələri və Çində fəaliyyət göstərən Türkiyə firmaları ilə olan görüşlərin səmərəli keçdiyini bildirən N.Kurtulmuş: "Bu səfərdən yaxşı nəticələr əldə etmək üçün var gücümüzlə çalışmağa davam edəcəyik. Çinlilərlə görüşlərdə gördüm ki, Çin də Türkiyəyə ciddi əhəmiyyət verir. Pekin rəhbərliyi Türkiyəni strateji tərəfdaş kimi görür. Hər sahədə əlaqələrin inkişaf etdirilməsinə maraqlıdır.”

  Çin nazirilə ikitərəfli görüş zamanı onun dediyi "Niyə də Türkiyəyə iki milyon turist gəlməsin?" sözlərini xatırladan Kurtulmuş: "Bu toplantı çox faydalı keçdi. İnşallah, nəticə almaq üçün bir sıra addımların atılmasına səbəb olar", - deyərək onu da vurğuladı ki, “Yunus Əmrə İnstitutunun açılması üçün də danışıqlar aparmışıq. İnşallah, qısa zaman içərisində Çində Yunus Əmrə İnstitutunun açılması mümkün olacaq. Eyni zamanda, onların Konfüçyüs İnstitutunun Türkiyədə açılması ilə bağlı addımları həyata keçirəcəyik. Hazırda bəzi universitetlərarası əlaqələri var."

  Qeyd edək ki, Türkiyə 1975-ci ildə qurulan Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Turizm Təşkilatının qurucu üzvlərindən biridir.



Әlaqәli Xәbәrlәr