“Onunla görüşmədim, görüşə niyyətim də yoxdur", R.T.Ərdoğan

İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısından sonra Qazaxıstan səfəriindən vətənə dönərkən Ərdoğan İstanbulda jurnalistlərin suallarını cavablandırıb.

805204
“Onunla görüşmədim, görüşə niyyətim də yoxdur", R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Rusiyadan S-400 raket mərmilərilə bağlı imzaların atıldığını bildirib.  

  İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısıdan sonra Qazaxıstan səfəriindən vətənə dönərkən Türkiyə başçısı İstanbulda jurnalistlərin suallarını cavablandırıb.

  “Russ-400” raket mərmilərinin satın alınmasıyla bağlı Ərdoğan deyib: “İmzalar atıldı. Türkiyə respublikasının müdafiə sənayesilə bağlı azad qərar və prinsipləri haqqında kimsənin danışmağa və mübahisə etməyə haqqı yoxdur. Biz öz dövlət müstəqilliyimizlə bağlı qərarımızı özümüz veririk. Ölkəmizi müdafiə etmək üçün təhlükəsizlik tədbirlərini özümüz görürük... Pilotlu və pilotsuz hava aparatları istehsal edən Türkiyə təkcə bu yolla son bir həftədə 90 terrorçunu zərərsizləşdirib.”

  Suriya böhranının həllilə bağlı Astana prosesi çərçivəsində 14 sentyabrda yenidən toplantı keçiriləcəyini xatırladan Ərdoğan bu barədə deyib: “Bu gün İdlibdə Rusiya ilə gəldiyimiz razılığa əsasən hərəkət edirik. Rusiya ilə bu məsələdə aramızda hər hansı bir ixtilaf yoxdur. İranla da olan görüşdə münaqişəyə aid hər hansı bir söz gündəmə gəlmədi".

  Qazaxıstan səfəri zamanı Suriya lideri Bəşər Əsədlə görüşüb-görüşmədiyilə bağlı suala isə Ərdoğan: “Görüşmədim. Görüşə niyyətim də yoxdur", - dedi.

  Almaniya ilə bağlı münasibətlərə də açıqlama verən Türkiyə başçısı isə onu bildirdi ki, “Almaniya terrora dəstək verməyə davam edərsə, Türkiyə Cümhuriyyəti qürurunu əsla güzəştə getməz”.



Әlaqәli Xәbәrlәr