Aleksis Çipras:"Türkiyə regionun təhlükəsizliyi üçün əhəmiyyətli bir ölkədir"

Yunanıstan baş naziri Aleksis Çipras Almaniyanın Türkiyə ilə bağlı Avropa İttifaqını provokasiya etmək səylərinə sərt reaksiya göstərdi.

804424
Aleksis Çipras:"Türkiyə regionun təhlükəsizliyi üçün əhəmiyyətli bir ölkədir"

 Yunanıstan baş naziri Aleksis Çipras Almaniyanın Türkiyə ilə bağlı Avropa İttifaqını provokasiya etmək səylərinə sərt reaksiya göstərdi. Çipras dəqiq ifadələrlə səlahiyyətli şəxslərə xəbərdarlıq etdi.
 
 Selanik beynəlxalq sərgisində mətbuat konfransı keçirən Yunanıstan baş naziri Aİ ilə münasibətlər məsələsində Türkiyə hökumətini dəstəkləyən fikirlər səsləndirdi.

Çipras:"Türkiyənin Aİ-yə üzvlük müzakirələrinin Aİ tərəfindən təxirə salınması strateji və taktiki bir səhvdir. Qapını bağlamaq yanlış bir qərardır. Türkiyə regionun təhlükəsizliyi üçün əhəmiyyətli böyük bir ölkədir" dedi.
 
 Baş nazir Almaniya kansleri Angela Merkelin Türkiyə əleyhinə çıxışlarına toxunaraq: "Görək Merkel bu fikirlərini oktyabr ayında da söyləyəcəkmi. Seçkilərdən sonra fərqli ola bilər. Bəzən seçkilər zamanı təzyiq artır" dedi.
 
 Almaniyanın  sentyabrın 24-də keçiriləcək  parlament seçkilərinə hazırlaşdığı son həftələrdə alman siyasətçiləri Avropa ölkələrini Türkiyə əleyhinə hərəkət etməyə çağırırlar.



Әlaqәli Xәbәrlәr