"Bu gün də o müzakirə günlərindən biridir", N.Nazarbayev

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı Sammitində iştirak etmək üçün Qazaxıstanda rəsmi səfərdədir.

803953
"Bu gün də o müzakirə günlərindən biridir", N.Nazarbayev

   Bu gün səhər Qazaxıstan Prezident Sarayında rəsmi qarşılanma mərasimindən sonra R.T.Ərdoğan və Qazaxıstan prezidenti Nursultan Nazarbayev təkbətək görüş keçiriblər.

  Görüşdən əvvəl etdiyi çıxışında Türkiyə başçısı iki ölkə arasındakı əlaqələri gün-gündən artırma səylərinə diqqət çəkib, 2 milyard dollarlıq ticarət həcmini 5 milyarda qaldırmağı planladıqlarını söyləyib, regional problemlərin həllində N.Nazarbayevin dəstəyini qeyd edib və deyib: “Ayın 14-ündə olacaq Astana Sammiti də mühüm əhəmiyyət kəsb edir. Əsas işlər bitib, finalı burada keçiriləcək. İnşallah, bu atılmış adımların nöqtəsi Astanada qoyular. Cenevrə prosesinə asan bir yol alarıq".  

  Qazaxıstan prezidenti N.Nazarbayev isə öz çıxışında çətin zamanlardan keçdiklərini və belə görüşlərin tez-tez təşkil edilməsini lazım hesab etdiyini bildirib: “Birlikdə layihələrimiz var. Regional problemlər və başqa məsələləri də müzakirə edirik. Bu gün də o müzakirə günlərindən biridir".

  Nazarbayev 10 sentyabrda olacaq İslam Əməkdaşlıq Təşkilatı Sammitində 57 ölkədən 70-ə yaxın nümayəndə heyətinin iştirak edəcəyini də qeyd edib.

  Ərdoğan və rusiyalı həmkarı Vladimir Putinin təklifilə Astanada keçiriləcək Suriya danışıqlarının da davam etdiyini xatırladan Nazarbayev növbəti görüşlərin 14 sentyabrda olacağını bildirib.

  Türkiyənin dövlət başçısı ilə Qazaxıstan səfərində Cumhurbaşkanlığı sözçüsü İbrahim Kalın, Baş nazir müavini Hakan Çavuşoğlu, İqtisadiyyat naziri Nihat Zeybekci, Elm, Sənaye və Texnologiya naziri Faruk Özlü, Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kaya da iştirak edir.



Әlaqәli Xәbәrlәr