"Avropa İttifaqına üzvlük Türkiyənin strategiyasıdır"

Radikallıq deyiləndə Avropada ilk ağala gələn müsəlmanlardır. Ancaq bunun dinə əsaslandırılması böyük səhvdir. Bunu Avropa İttifaqı işləri üzrə nazir Ömər Çəlik deyib.

803609
"Avropa İttifaqına üzvlük Türkiyənin strategiyasıdır"

Nazir Ömər Çəlik, Estoniyada baş tutan Avropa İttifaqı toplantısına qatıldıqdan sonra verdiyi açıqlamada, Avropa dövlətlərinin atacağı səhv addımların inteqrasiyaya zərbə endirəcəyini və bunun nəticəsində isə radikalizmin güclənəcəyinə diqqət cəlb edib. O  bildirib ki, Avropa PKK tərəfindən törədilən hücumlara biganə qalaraq bu quldurlara qarşı mübarizədə Türkiyəyə kafi dəstəyi vermir. Avropa İttifaqına tam hüquqlu üzvlük Türkiyənin strategiyasıdır. ‘Müzakirələr kəsilsin’ sözləri təkcə  radikallığa  töhvə  verər. Avropa, Prezident Rəcəb Tayyib Ərdoğan haqqında danışmaqdan öz siyasətlərini belə icra etməkdə çətinlik çəkməyə başlayıb. Bu demokratiya ilə uygunlaşmır. Türkiyə üzərindən siyasət izləmək böyük səhvdir. Bunun Almaniyaya heç bir faydası olmaz. Ancaq prezidentimiz ilə əlaqəli geyri adi açıqlamalara biganə qalmayacağımızı da hər kəs idrak etməlidir.



Әlaqәli Xәbәrlәr