Binəli Yıldırım:"Dünyanın gələcəyi çılğın davranışların ümidinə buraxılmamalıdır"

Türkiyə Böyük Millət Məclisində təşkil oluana ədliyyə ilinin açılış mərasiminə qatılan baş nazir Binəli Yıldırım jurnalistlərin gündəmlə əlaqədar suallarını cavablandırdı.

801888

Yıldırım: "İraq Kürd Regional Rəhbərliyinin referendumun keçirilməsi ilə bağlı qərarının çox dəhşətli bir səhv olacağını söylədik. Problemlərlə dolu bölgəyə yeni problemin əlavə edilməsinin nə bölgəyə, nə də bölgə ölkələrinə xeyri olacaq" dedi.

Baş nazir Şimali Koreyanın raket sınaqları və Arakanda  insan haqlarının pozulması ilə bağlı Birləşmiş Mİllətlər Təşkilatını həll yollarını tapmağa çağıraraq: " Dünya nə qədər narahatdırsa, Türkiyə də o qədər narahatdır. Dünyanın gələcəyi çılğın davranışların ümidinə buraxılmamalıdır" dedi.

Binəli Yıldırım Türkiyə-Almaniya əlaqələri barəsində bunları qeyd etdi:" Almaniya seçkiləri yaxınlaşır. Seçkilər haqqında çox danışmağa dəyməz. Çünki ağıl deyil, emosiyalar ön plandadır. Bu anda söylənilənlərin Almaniya ilə Türkiyənin əlaqələrinə müsbət töhvəsi yoxdur, əksinə, iki ölkə arasında illərlə davam edən dostuğa və etibara zərər verir".

Әlaqәli Xәbәrlәr