Sivas Konqresində hakim olan milli birlik ruhu bu gün də Türkiyənin ən böyük gücüdür

Bunu Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan  Sivas Konqresinin ildönümü münasibətilə yaydığı paylaşmasında bildirdi.

800516
Sivas Konqresində hakim olan milli birlik ruhu bu gün də Türkiyənin ən böyük gücüdür

 Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan Sivas Konqresinin ildönümü münasibətilə yaydığı paylaşmasında Sivas Konqresinin Türk millətinin bir ürək, bir bədən halında gələcəyinə sahib çıxaraq müstəqillik mübarizəsi qərarını almasını, Anadoluda fərqli cəbhələrdə fəaliyyət göstərən milli qüvvələrin ortaq ideya ətrafında birləşmələrini təmin edən tarixi bir dönüş nötəsi olduğunu ifadə etdi.
 
 Ərdoğan vətənin bölünməz  olduğunun, millətin müstəqilliyinə sahib çıxma məsələsində əzm və qətiyyətinin bütün dünyaya elan edildiyi Sivas Konqresinin azadlıq mübarizəsinin ən mühüm mərhələlərindən birini təşkil etdiyini vurğulayaraq bunları qeyd etdi: "Misak-ı Millinin (Milli And) müəyyənləşdirilməsində, Türkiyə Böyük Millət Məclisinin açılışında, milli mübarizənin bütün mərhələlərində mühüm rolu olan Sivas Konqresində formalaşan milli iradə Respublikamızın yaradılmasının zəmini oldu. Sivas Konqresində hakim olan milli birlik, bərabərlik və həmrəylik ruhu bu gün də millətimizə, bayrağımıza, vətənimizə və dövlətimizə yönələn təhdidlər qarşısında ən böyük gücümüzdür.
 
 Sivas Konqresinin ildönümündə başda Qazi Mustafa Kamal olmaqla, bütün qəhrəmanlarımızı hörmət və minnətdarlıqla yad edir, bu qurultaya ev sahibliyi edən sivaslıları və bütün həmvətənlərimi salamlayıram".



Әlaqәli Xәbәrlәr