İbrahim Kalın alman siyasətçilərinin tənqidlərinə reksiya göstərdi

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Almaniya kansleri Angela Merkel və Sosial Demokrat Partiyasının (SPD) lideri və kansler vəzifəsinə namizəd Martin Schulzun Türkiyəyə qarşı tənqidlərinə cavab verdi.

800778
İbrahim Kalın alman siyasətçilərinin tənqidlərinə reksiya göstərdi

Dünən axşam Almaniya kansleri Angela Merkel ilə Sosial Demokrat Partiyasının (SPD) lideri və kansler vəzifəsinə namizəd Martin Schulz arasındaki seçki kampaniyası çərçivəsində aparılan mübahisədə Türkiyəyə qarşı tənqidlər səsləndirildi.
 
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın buna qarşı reaksiyasını ortaya qoydu.

Kalın Twitter-də yazdığı açıklamada programa Türkiyənin və prezident Ərdoğanın damğa vurmasının təsadüf olmadığını bildirdi.
 
 Türkiyə prezidentinin sözçüsü açıqlamasında: "Almanya və Avropanın əsas və təxirəsalınmaz problemləri yoxmuş kimi, Türkiyəyə, Ərdoğana yönəldilmiş hücumlar Avropada hökm sürən dar düşüncəliliyin əksidir. Avropada Türkiyəyə qarşı olmaq əsas problemləri inkar etmə və düşmən olan "başqası" vasitəsilə özünü sakitləşdirmə metoduna çevrilmişdir" deyir.



Әlaqәli Xәbәrlәr