Prezident Rəcəb Tayyib Ərdoğan xalqı Qurban bayramı münasibətilə təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı təbrikində:"Arakan üçün də dualarınızı əksik etməyin"dedi.

799495
Prezident Rəcəb Tayyib Ərdoğan xalqı Qurban bayramı münasibətilə təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  xalqı Qurban bayramı münasibətilə təbrik etdi.

Dövlət başçısı təbrikində bayramın, ailələrə, millətə, İslam dünyasına və bütün bəşəriyyətə xeyirlər gətirməsini, çətinliklərin aradan qaldırılmasına vəsilə olmasını arzuladı.

 Türkiyə prezidenti birlik, bərabərlik, qardaşlıq, dostluq, həmrəylik duyğularının ən yüksək səviyyədə dərk edildiyi bayram günlərinin mənasına uyğun şəkildə keçiriləcəyinə inamını vuğuladı.

Ərdoğan Qurban bayramının bu il 26 Avqust və 30 Avqust kimi tarixin iki mühüm əlamətdar hadisəsindən dərhal sonra qeyd olunduğuna diqqət çəkərək təbrikinə belə davam etdi:" 26  Avqust 1071-ci ildə Malazgirt Qələbəsi ilə Anadolunu bizlərə əbədi vətən olaraq qazandıran Sultan Alparslanı və əsgərlərini ehtiramla yad edirik. 30 Avqust 1922-ci ildə Dumlupınarda qazandığımız qələbə Qurtuluş Savaşımızın uğurla nəticələndiyinin müjdəçisi oldu. 15 İyul 2016-cı ili də da millətimizin qələbələr silsiləsinin bir halqası olaraq görürük.

 Bu torpaqların vətənimiz olaraq qalması, əzanların susmaması, bayraqların enməməsi üçün canlarını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlıq arzulayırıq. Terrorizmlə mübarizədə, transmilli əməliyyatlarda və asayiş işlərində vəzifə başında olan bütün təhlükəsizlik qüvvələrimizə uğurlar arzu edirik. Bir millət, bir bayraq, bir vətən, bir dövlət yolunda apardığımız mübarizə ilə ulu babalarımızdan qalan əmanətə və uşaqlarımıza verəcəyimiz irsə sahib çıxırıq. Terror təşkilatlarına və onları maşa olaraq istifadə edən qaranlıq mərkəzlərə əziz millətimizin əsla boyun əyməyəcəyini bilirik. Biz demokratiyamızla, iqtisadiyyatımızla, xarici siyasətimizlə ölkəmizi müasir mədəniyyətlər səviyyəsinə çıxarana qədər yolumuza inamla davam edəcəyik. 2023-cü ilə aid hədəflərimiz istiqamətində, ölkəmizi dünyanın ən böyük 10 iqtisadiyyatından birinə çevirəcəyik. Millətimizi söz verdiyimiz rifah və rahatlıq səviyyəsinə çatdıracağıq. Təki bir olaq, iri olaq, diri olaq, qardaş olaq, birlikdə Türkiyə olaq. Bu münasibətlə  mübarək torpaqlarda həcc ziyarətini yerinə yetirən qardaşlarımızın ibadətlərinin qəbul olunmasını Rəbbimdən niyaz edirəm".

 Prezident Ərdoğan təbrikində Arakan başda olmaqla, dünyanın harasında olursa olsun, zülm görən bütün müsəlmanlar, bütün məzlumlar üçün də duaların əskik olmamasını arzu etdi.

 Ərdoğan bayramda nəqliyyat vasitələri ilə yola çıxanlara: "Vətəndaşlarımızdan yol qaydalarına riayət etmələrini xüsusilə xahiş edirəm" deyə müraciət etdi.

 Türkiyə prezidenti böyüklər başda olmaqla, qohumlara, qonşulara bayram təbrikinə getməyə, kiçikləri sevindirməyə, həmrəyliyə, birlik və bərabərliyə dəvət etdiyi təbrikində: "Mübarək Qurban bayramının bütün könüllərdə, bütün ocaqlarda ən yaxşı şəkildə yaşanması arzusu ilə bayramınızı  təbrik edir, sizə, sevdiklərinizə, bütün millətimizə Allahdan cansağlığı arzulayıram" ifadələrini işlətdi.

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr