Kamal Kılıçdaroğlu Qurban bayramı münasibətilə təbrik məktubu yaydı

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu Qurban bayramı münasibətilə yaydığı təbrikində terrorla mübarizə edən şəhidlərin yol göstərici olduğunu bildirdi.

799480
Kamal Kılıçdaroğlu Qurban bayramı münasibətilə təbrik məktubu yaydı

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu Qurban bayramı münasibətilə təbrik məktubu yaydı.

 Kılıçdaroğlu təbrikində: "FETÖ/PDY, PKK və DEAŞ başda olmaqla, terror təşkilatlarına qarşı aparılan haqlı mübarizədə həlak olan şəhidlərimiz, ölkəmizdə demokratiyanı, ədaləti və əmin-amanlığı yenidən bərqərar etmə əzmimizin yol göstəriciləridir. Terrorla mübarizədə ana və atasını şəhid vermiş övladlarımızın qarşısındakı böyük məsuliyyətimiz də budur. Bu hisslərlə Atatürk başda olmaqla, silah yoldaşlarını və terror təşkilatlarına qarşı mübarizədə həyatını itirən bütün şəhidlərimizi rəhmətlə yad edirəm. Ağrılarını bir ömür boyu ürəklərində daşıyacaq şəhid ailələrinə Allahdan səbr diləyir, bədənlərini bizlər üçün sipər etmiş qazilərimizə minnətdarlığımı bildirirəm. Müqəddəs torpaqlarda olan vətəndaşlarımızın həcc ziyarətlərinin qəbulunu arzulayıram. Myanmada etnik təmizlənməyə məruz qalan Arakan müsəlmanlarının, vətəndaş müharibəsinin yersiz-yurdsuz qoyduğu suriyalı qardaşlarımızın və ölkəmizdə ədalət gözləyən yüz minlərlə vətəndaşımızın timsalında, bu il 1 Sentyabr Dünya Sülh Günü ilə eyni günə düşən Qurban bayramının ölkəmizə və bütün İslam dünyasına xoşbəxtlik, can sağlığı və əmin-amanlıq gətirməsini ümid edirəm " dedi.
 
 Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Qurban bayramı təbrikində bayramların yoxsullara, məzlumlara, çarə gözləyənlərə, kimsəsizlərə yardım, kinin və nifrətin bir kənara qoyulduğu günlər olduğuna diqqət çəkdi.



Әlaqәli Xәbәrlәr